Ermənilərin tariximizdə törətdiyi vəhşiliklər göz qarşısındadır. Onlar bütün dünyaya necə bir xalq olduqlarını göstərdilər. Ermənilər yalnız vəhşi xalq deyil də, eyni zamada vandalizmin əsasını özlərində birləşdiriblər.
Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarası hesab olunur. Bu cür işğalçı qəsbkarlıq ölüm-itim,qan-xəta,fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin,silinməz, sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! XX əsrdə Azərbaycan xalqının üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi heç də təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızın mübarizə əzmini qırmaq, qorxutmaq,tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəsələrdə buna nail ola bilmədilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi,bir yumruq kimi bir olmağı bacardı və qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Vandalizm – bilərəkdən və kor-təbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsidir. Bu addımı atanları “vandal” adlandırırlar.Erməniləri vandal adlandırmaq tam yerinə düşər. Onlar da bilərəkdən hər şeyi dağıdıb, məhv ediblər. Vandalizmin əsas kökləri elə ermənilərdə cəmləşib. 30 ilə yaxın bir işğal müddətində ermənilər Qarabağda demək olar ki, salamat bir şey qoymayıblar. Evləri, məscidləri,hər şeyi dağıdıb, yandırıblar. Ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları ilə başlayıb , 1948-53-cü illərin zorakı deportasiyası daha sonra 1988-ci il, 1992-ci il Xocalı qətliamı ilə davam edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş vermişdir. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoymuşdular. Ermənistan silahlı quldur birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa cəhd edirdilər. Ermənilərin digər məqsədlərindən biri isə, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik yox etmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni idi və qədimliyə güzgü rolunu oynayırdı.Elə bir güzgü ki onun vasitəsilə bütün tarixi bəşəriyyətimiz əlaqəli idi.
Ermənilər öz vəhşiliklərini sadəcə göstərmədilər, onlar özlərinin necə bir millət olduqlarını hər kəsə bəyan etdilər. Onların məqsədləri içərisində Azərbaycan xalqını məhv etmək, öz hakimiyyətlərini bu torpaqlarda yaratmaq dururdu. Xoşbəxtlikdən onlar istədiklərini əldə edə bilmədilər, Haq- ədalət gec də olsa öz yerini aldı.
Mamedov Əhmədi/YAP-ın üzvü


























