“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindənİİV/QİÇS sahəsində birbaşa çalışmayan, müxtəlif ixtisaslar üzrəfəaliyyət göstərən həkimlər üçün maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi həkimlərin İİV haqqında bilikləriniartırmaq, İİV-lə yaşayan insanlarla işləyərkən yaranan qorxu vəyanlış təsəvvürləri azaltmaq, həmçinin tibbi mühitdə stiqma vəayrı-seçkiliyin qarşısının alınmasına dəstək olmaq olub.
Təlim zamanı İİV-in necə ötürüldüyü, hansı hallardaötürülmədiyi, müasir müalicə və profilaktika imkanları barədəməlumat verilib. Xüsusilə vurğulanıb ki, İİV-lə yaşayaninsanlara tibbi xidmət göstərməkdən əsassız şəkildə çəkinməyəehtiyac yoxdur və standart infeksion təhlükəsizlik qaydalarınariayət etmək kifayətdir.
Təlimdə müxtəlif ixtisaslardan olan və mövzuya maraq göstərənhəkimlər iştirak ediblər. İştirakçılar suallarını verib və İİV-ləyaşayan şəxslərlə düzgün və ayrı-seçkisiz işləmək barədəpraktiki məlumat əldə ediblər.


























