image-6b727146-0e91-4c2e-a9a4-12ebcb425ad4-kopiyabackend

    Mərd atanın mərd oğulu

image-reklam_sirab_01

                  

                      

 MƏMMƏDOV  AYDIN

  Fotomuxbir

 20 gün cəbhə  bölgəsində

Ailəlidir( iki qızı var əkizdirlər Şəms və Nilufər)

Məmmədov Aydın  Oktay oğlu 4 iyul 1985 ci ildə Bakı şəhərində anadan olub.

Atası : Məmmədov  Oktay Aydın oğludur.(rəhmətə gedib)

Anası : Məmmədova Gülnarə Nuru qızıdır.Bu ailənin iki evladı var .Aydın və bacısı Aytən xanım.

Həyat  yoldaşı Səfərova Nuranə Mübariz qızıdır.(Ali təhsilidir)

Aydın Ata babasının adını daşıyir.

Ilk öncə onu qeyd edim ki, cəsur Aydının atası( rəhmətlik ) tanınmış Fotojurnalist- Oktay  Aydın  oğlu, Azərbaycan  Dövlət İnformasiya  Agentliyinin Foto informasiya baş redaksiyasının baş  redaktoru vəzifəsində çalışmışdır.

Onun peşəkarlığı  zamanında dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi “medalı ilə  mükafatlandırılmışdir.

AZƏRTAC-ın kollektivi hər il 20 yanvar şəhidlərinin il dönümü ilə yanaşı Oktay muəlimimdə yad edirlər. Çüki ömrünün  58 ci baharında öz iş yerində( 20.01. 2009 )həyatla  vidalaşıb  haqq dünyasına qovuşub.Oktay

Aydın  oğlu 20 yanvar 2009-cu ildə  Prezdentlə şəhidlər xiyabanını ziyarət etdikdən sonra o faciənin ağırlığına  ürəyi  tab gətirmədi. Administratsiysına  laboratoriyasına materialları  təhvil verdikdən sonra fotolabarotoriyada  iş başında  urək tutmasından  rəhmətə getmişdir.

Atalar yaxşı deyib ot öz kökü üstə bitər. Aydın  atasının xatirəsini əziz tutaraq onun sənətini  o gündən bu günə kimi davam etdirir,və sona kimidə bu işi davam etdirəcəyini deyir.

Aydın  tam orta məktəbi Səbail rayonunda yerləşən  Məmməd Rahim adına 7 saylı Məktəbdə bitirmişdir.Məktəbi bitirdikdən sonra Dövlət  Bədən Tərbiyəsi  və İdman Akademiyasına  daxil olmuşdur.Ali təhsil ala-ala 2003 cü ildə AZƏRTAC-da foto  müxbir vəzifəsinə qəbul olunmuşdur.

2007 ci ildə Ali təsili bitirdikdən sonra Səbail r-n Hərbi komısarlığı tərəfindən həqiqi hərbi xidmətə yollanmışdır.

Aydının  elmə təhsilə olan sevgisi onu ikinci dəfə Ali təhsil ocağına aparmışdır. O Dövlət İdarəçilik Akademiyasını   2017 ci ildə magistır diplomu ilə bitirmişdir.

H\xidməti başa çatdıqdan sonra  Aydın işınə qayıdaraq sevə-sevə öz sənətini davam etdirir.

Oda atası kimi ən qaynar  nöqtələrdə  heç nədən qorxmadan çəkinmədən  işini iayiqincə yerinə yetirdiyi üçün  dövlət  tərəfindən yüksək  mükafata layiq görülmüşdür.

22 iyul 2020ci il mətbuat günü ilə əlaqədar Azərbaycan Prezdenti  tərəfindən  “Tərəqqi medalı” ilə təltif olunmuşdur.

İkinnci Vətən müharibəsi başlayan zaman Aydında bir qrup mətbuat nümayəndələıri ilə bərab  13 oktyabr 2020 ci ildə  bir başa cəbhə bölgəsinə  Ezam olunmuşdur.Bu ezamiyətin elanı,  Aydinın  ən çox sevindiyi gün idi. Həqiqətləri tarixə köçürmək üçün.Döyüş bölgəsinə

yola düşürdü  qorxmadan çəkinmədən. Hətda  neçə ildən sonra dünyaya gələn  əkizlərni belə düşünmədən . Cəbhəyə yollandı Aydın Oktay oğlu.

Vətənin dərdini işğalçı ermənilərin törətdiyi  cinayətlərin  tarixini silahı  və qələmı ilə yazanlara,öz fotoları ilə açı həqiqətləri  dünyaya yayanlara eşq olsun.  Aydın da bu qəhrəmanlardan biridir.

Onu qeyd edimki Aydın həddindən artıq sadə və təvazökardır. Beləliklə

Bir neçə günluk danışıqlarım sayəsinndə Aydından müsahibə almaq qismət oldu. Olduğu ərazilərdəki  insanı üzən və qürurlandıran  fotoları izlədikdən sonra keçdim suala.

Cəsur Aydın bir başa  hara ezam olundunuz ?

Ezam olunduğunuz qrupda kimlər var idi?

Ayaz Nizami oğlu jurnalist.

Operatorlardan  Real  Tv-dən Azər Qarayev  CBS Tv-dən Seymur Quluyev və başqaları idi.

44 günlük müharibədə mən 20 gün ezamiyyətdə oldum.13 oktyabr 2020ci il getdik Füzuli rayonuna, ordanda Kərimbəyli kəndinə orda yerləşdik.Orda yaşadığımız müddətdə də düşmənin  atəşkəsi pozmağını, kəndləri dağıtmağını görürdük. Şükürbəyli kəndinə xeyli ziyan dəymişdi. Sonra Alxanlı kəndinə getmişdim, orda mal-heyvan, evlər yararsız hala düşmüşdü. Foto şəkilləridə sizə göstərdim. Füzulinin yanında olan yeni aldığımız Cocuqmərcanlı kəndi də atəşə tutulurdu.Orda yeni tikilmiş məktəbə, qaçqın şəhərciyinə də xeyli ziyan dəymişdi. Mən orda çəkiliş aparanda Füzulinin Şükürbəyli kəndi o qədər təhlükəli idi ki, bizi buraxmaq istəmirdilər. Hər an ölüm ola bilər, hər an düşmən tərəfi iri artileriya ilə qradlarla pulemyotlarla atəş açırdılar. Bütün bunlara baxmayaraq mən bir daha şahid oldum ki, orda qaz, işıq olmasa da sakinlər yaşayırdı, evlərini tərk etməmişdilər. Bir daha xalqımızın cəsarətli,mərd olmağını gördüm şahid oldum. Adam gürur duyur. Eyni zamanda bunu fotolentə köçürdüm. Bu bir tarixdir, salnamədir gələcək nəsillərə ki, belə bizim millətimiz,xalqımız var ki, hətta evin bir hissəsi darmadağın olsa da həmin sakin evi tərk eləmirdi. Əsasən körpə uşaqlı analar onlar tərk edirdilər deməzdim, aşağı kəndlərə düşürdülər. Nisbətən şəraitli yerlərə. Ancaq tam şəkildə Füzulini tərk eləmirdilər onu da deyim. Erməni vəhşiliyinin bir daha sübutunu gördüm. İnsanların həm evinə, həm heyvandarlığına, həm torpağına əkin sahələrinə ziyan vurmaqlarına şahid oldum.

Füzuli alındıqdan sonra getdik şəhərin mərkəzinə, oranı ermənilər o qədər dağıtmışdılar ki, mərkəz  olunduğu bilinmirdi. Sonra Cəbrayıl istiqamətinə getdik.Cəbrayılın Arakel  kəndi var o istiqamətə getdik. Orda Cəbrayılın girişində Dostluq bulağı var, 14 gözdən ibarət olan bulağı sındırıb dağıtmışdırlar cəmi 2 gözü  qalmışdı. Onun suyundan da içdik. Orada kollektiv şəkil çəkdirdik.

Hardasa 15 jurnalist var idi televiziyalardan, agentliklərdən. Müdafiə Nazirliyinin icazəsi və təşəbbüsü ilə getmişdik.

20 gündən sonra Zəngilan istiqamətinə getdik. Zəngilanda döyüş gedə-gedə bizimkilər Mincivan qəsəbəsini almışdılar. Orda sərhəd zastavası açıldı. Getdik sərhəd zastavasının açılışında olduq. Yollarda gedərkən dağıdılmış, məhv edilmiş evləri, düşmən tərəfin qənimət texnikasını çəkirdik, lentə alırdıq. Hətta onlar o qədər qorxaq, nanəcib millət idilərki, papaqlarında qoyub gedirdilər.

Sonra işğaldan azad olunduqdan sonra Kəlbəcərin Xudavəng monastrına getdik. O vaxt albanlar tərəfindən tikilmiş Monastrdı. Udinlər gəldi orada dua etdi,ziyarət etdilər. Orada da kollektiv şəkil çəkdirdik.

Ən çox müharibədə adama xoş təsir edən məqamlar o idi ki, biz hər gün irəliləyəndə Ali baş komandanımız çıxıb kəndlərin adlarını sadalayanda , həmin kəndlərdə  özüm olduğum üçün adama çox xoş təsir bağışlayırdı.

Füzulinin aşağı Seyidəhmədli kəndi, Qurqan kəndi. Bu kəndlərin adı sadalananda mən də gedib əraziləri çəkirdim. Kəndlərin alınmağı xoş təsir bağışlayırdı ama gedib görəndə ki, bizim qəbirstanlıqlar dağıdılıb,məscidlərimizdə donuzlar saxlanılıb bu adama xoş təsir bağışlamırdı.

İşğaldan azad olunandan sonra gedəndə yaradılan postlarda, səngərlərdə orada olan əsgrələrimizlə görüşürdük. Onların əhvalını öyrənirdik. Zəngilanda Mincivanda sərhəd zastavasında xidmət aparan əsgərlər,aşağıda sərhəd boyu xidmət aparan əsgərlərlə danışırdıq, əhval ruhiyyələri yaxşı idi. Sevinirdilər ki, işğaldan azad olunan torpaqlarda xidmət aparmaq onlara qismət olub. Biz işğaldan azad olunan yerləri gördük. Dağıdılmış yerləri,məscidləri faktları qeydə aldıq. Yaralıları heç bir çəkiliş aparmırdıq,çünki o biraz məxfi bir şey sayılırdı. Yaralıların şəkillərinin çəkilməsinə icazə verilməmişdi. Əsas azad olunandan sonra o yerlərə ilk ayaq basanlardan biri biz olduq.

Türk dünyasının dəstəyinə çox yaxşı baxırdım. Mən eşitdiyimə görə onlar yay aylarından bizə qonaq gəlmişdi. Xüsusi təlimlərdə bizim dövlətimizə, hərbi sahədə çalışan əsgər zabitlərimizə təlim keçirdilər. Yəni onun özü bir gözəl qardaşlığın nümunəsi idi. Necə deyərlər Ulu öndər yaxşı demişdi bir millet iki dövlət. Həqiqətəndə onlar bizə həm mənəvi, həm qardaş kimi çox dəstək oldular. Bu eyni zamanda 1915-ci ilə Nuru paşanın dövrünə gedir bu. Əməlləri ilə bizə kömək etmişdilər. Ayın 10-da keçirilmiş zəfər paradında özünüzdə gördünüz Türkiyənin prezidentinin iştirakıda var idi. Paradda bütün qənimətlər, əsgərlərimiz, türk əsgərləri hamısı görsəndi. Bu o deməkdir ki, bizə çox böyük diqqət göstərdilər, kömək oldular.

Sonda  bir həqiqəti nəzərnizə çatdırmağı özümə borc bildim istədim bu nümunəvi ailəni sizdə tanıyasız. Aydın Vətən üçün canından keçməyə hazır idı gedəndə bilirdiki geri dönməməkdə ola bilər.Çox şükür ki, sağ salamat ailəsinin yanına döndü.

Aydinın necə bir mərd igid olduğunu mən bir il bundan öncə gördüm, O qohum,qonşu, dost üçün belə qanından canından keçir.Bəli məhz keçir.

01.03.2020 ci ildə Həyat yoldaşım (rəhmətlik) Polkovnik Leytenant Dünyamalıyev Əlif Cəmil oğluna təcili qan lazım idi. Elan vermşdik elanı oxuyan kimi Aydın oğlum Orxana zəng vurdu ki, mənim qan qurupum atanın qan qurupu ilə eynidir. 02 mart 2020 ci il səhər tezdən bütün öz işlərini təxirə salaraq işə getmədən klinikaya gəldi,analiz etdilər həqiqətəndə qan qurupu eyni idi. Könüllü olaraq 250qr.qan verdi Aydın. İnsan bundan böyük mərhəmət sahibi canı yanan ola bilməz. Bir insan ömrünü uzatmaq onu yaşatmaq üçün Aydın canınan qanından həqiqətən keçən mərd igiddir. Çox şadam ki, belə mərd igidlə qonşuyuq həyat yoldaşı Nuranə xanımda  Vətən sevən ailə canlı isti qanlı,qeyrətli, hünərli, savatlı  Aydına  yaraşan ziyalı bir xanımdır.Və bu cütlük gözəl bir ailədirlər.

Vətənimidə belə nümunəvi ailələrin sayının çox olmasını arzulayıram.

Vətən igidinə eşq olsun.

 SARA GÖYÇƏLİ  Şairə, “Qızıl Qələm” və “Xan qızı Natəvan” media mükafatları laureatı və Azərbaycan  Jurnalistlər birliyinin üzvü.

image-6b727146-0e91-4c2e-a9a4-12ebcb425ad4 image-09fcb0be-cff5-4fe6-9001-b62b91ab5c2d image-16890576-a1a4-4fe9-840f-1c9258580345 image-8e66b148-6d15-48eb-93e7-e7ddc2619079-kopiya image-0d992714-aaf8-42a7-90d7-bd19c08d03db-kopiya image-6b727146-0e91-4c2e-a9a4-12ebcb425ad4-kopiya image-8d0f7be8-c6ba-486a-a88d-500fa5b231e7-kopiya

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki