image-photo-2021-12-09-15-11-54-1backend

Şanlı Qələbə

image-reklam_sirab_01

 

Bu, müqayisəyə, ölçüyə gəlməyəcək möhtəşəm hisslərdir. Bu gün heç bir sözlə ifadə edilməyəcək xoşbəxt anlar yaşayırıq. Sevindirici haldır ki, şanlı ordumuz «böyük Ermənistan» xülyasını tam iflasa uğratdı. Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 günün hər günü Azərbaycanın tarixinə Qələbə günü kimi yazıldı. Xalqımız hər gün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən Qələbə xəbərlərini gözlədi. 27 sentyabr-Anım Günü ərəfəsindəyik. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Müzəffər Ali Baş Komandanın tvitlərini səbrsizliklə gözləyən insanlarımız bu günlərdə həm şəhidlərini anacaq, həm qaziləri, hərbçiləri ilə fəxr edəcək, həm də bir il öncəki həmin anları bir daha yaşayacaqlar. 30 ilə yaxın davam edən həsrətdən sonra Azərbaycanın hər bir vətəndaşı özünü qalib ölkənin məğrur vətəndaşı kimi hiss edir. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazın sülh və firavanlığı üçün də etibarlı zəmin yaradacaq. Böyük Qələbənin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Şuşanın azad olunması Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və bu ərazilərdə əbədi dalğalanacaq.

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib, erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv edib. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar. Guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ağır məğlubiyyətə dözməyərək noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atılmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı həmin rayonlarımızda da qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Bu, böyük bir uğur, möhtəşəm qələbədir.

Abdullayeva Aytən. Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki