image-img-20211204-wa0011backend

Sima Yaqubova Mediasiya Şurasının üzvlərinin Ümumi Yığıncağın növbədənkənar iclasında Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçilib

image-reklam_sirab_01

Mediasiya Şurasının Mətbuat Xidmətindən Vətəninfo.az-a daxil olan məlumatda xeyilir ki,3 dekabr 2021-ci il tarixində Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.
Ümumi Yığıncağının növbədənkənar iclasını açıq elan edən Mediasiya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov gündəlikdə duran məsələlər barədə bir daha iclas iştirakçılarını tanış etmiş, mövcud problemlər və qarşıda duran hədəfləri mediatorların diqqətinə çatdırmışdır.
Şura üzvlərinin Ümumi Yığıncağının növbədənkənar iclasına Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Mediasiya Şurasına ünvanladığı müraciətini nəzərə alaraq mediasiya xidmətləri və məhkəmə fəaliyyəti arasında səmərəli koordinasiyanın həyata keçirilməsi, bu sahədə vətəndaş məmnunluğunun təmini, mediasiya və məhkəmə istifadəçilərinin münasibətlərinin sağlam meyarlar üzərində qurulması, ümumilikdə, Şuranın fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Şuranın təsisçiləri sırasına qəbul edilməsi məsələsinə baxılaraq müsbət qəbul edilmişdir.
Eyni zamanda, Şuranın İdarə Heyətinin üzvü Yusif Asif oğlu Allahverdiyevin İdarə Heyətinin üzvü kimi fəaliyyətinə öz arzusu ilə xitam verilməsi məsələsinə baxılaraq Yusif Allahverdiyevin Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə xitam verilmişdir.
İclas zamanı ölkəmizdə mediasiyanın inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran mühüm vəzifələrin və tapşırıqların sistemli icrasının təşkili, geniş spektrli iş yükünün bölüşdürülməsinin təmini məqsədilə Şuranın İdarə Heyətinin 5 mediatordan ibarət tərkibdə müəyyən edilməsi ilə bağlı dəyişikliklər də qəbul edilmişdir. Qeyd edilmişdir ki, dəyişikliklər müvafiq qeydiyyat orqanı tərəfindən qeydə alındıqdan sonra növbəti ildə keçiriləcək Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında İdarə Heyətinə digər iki üzvün seçilməsi məsələsinə baxılacaqdır.
Yusif Allahverdiyevin Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə öz ərizəsi əsasında xitam verildikdən sonra boş qalan İdarə Heyəti üzvü vəzifəsinə mediator, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova seçilmişdir.
Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında mediatorlardan ibarət Say Komissiyasının üzvləri və sədri seçilmişdir. Komissiyanın sədri Günel Sadıqova, üzvləri Araz Yusifov, Esmira Hüseynova, Leyla Nəsibova, Elçin Həsənov seçilmişdir. Say Komissiyasının hesabalamalarına görə, açıq prinsiplərlə və şəffaf səsvermə üsulu ilə təşkil edilən iclasda qərarlar yekdilliklə və səs çoxluğu ilə qəbul edilmişdir.
İclasda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Mediasiya Şurasında təlim qurumu kimi təmsil olunan Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov çıxış edərək fikirlərini bölüşmüşlər.
Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev, Mediasiya Şurasının Naxçıvan Muxtar Respublikası üzrə Koordinatoru Yusif Həsənov, mediatorlardan Bəylər Məmişov, Şaiq Mirzəyev, Cabbar Həsənov, Orxan Cəfərbəyli, Elmira Sarıyeva, Bulud Yusifov, Cavid Hüseynov, Çingiz Məmmədov, Absələddin Əliyev, Taleh İbrahimov, Vüqar Qaracayev, Mayıl Əhməd gündəlikdə qoyulan məsələlərlə bağlı çıxış etmişlər.
Digər mediatorlar Dilarə Əfrasiyabova, Fərhad Mehdiyev, Könül Yaqubova, Əli Adıgözəlov, İbrahim Cəfərov, Ayxan Rüstəmzadə, Ramil Şükürov, Mübariz Yolçiyev, Gülşən Salmanova, Elçin Məmmədov, Arslan Mikayılov, Jalə Hacıyeva, Qasım Şalıyev, Samir Əliyev, Aynur Kərimova, Günel İsmayılbəyli, Elçin Usub, Seymur Səfərov, Mehriban Məmmədova, İlham Rəhimov, İbrahim Cəfərov, İlkin İbrahimov, Lyudmila Rəhimova Ümumi Yığıncağın növbədənkənar iclasında müzakirəyə çıxarılan məsələlər üzrə rəy və təkliflərini bildirmişlər.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki