image-181079_874vl1eflwbackend

“Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında”

image-reklam_sirab_01

Mədəniyyət əcdadlarımızın yaratdığı və nəsildən – nəsilə bizə miras qoyduğu maddi, mənəvi dəyərlərdir. Mədəniyyət bir xalqın, millətin millət olduğunu sübut edən tarixi yaddaşdır. Mədəniyyət xalqın var oluşunun sübutudur. Mədəniyyət xalqa bəxş edilmiş sərvətdir. Corci Zeydanında dediyi kimi: “Bir millətin həqiqi tarixi, millətin mədəniyyət tarixidir”.
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir”.
Heydər Əliyev
Azərbaycan xalqı dünyanın ən qədim mədəniyyətə malik olan xalqlarındandır. Bunu qədim mədəniyyət şəhərimiz olan Şuşa, Qobustan, Kəlbəcərdəki mədəniyyət abidələrimizdə sübut edir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şəhərin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tarəfindən qoyulmuşdur. Şuşa şəhərinin sahəsi 5,5km² və əhalisinin sayı 2015-ci ildəki qeydlərə əsasən 4446 min nəfəri əhatə edir. Şuşa şəhəri 2013-cü ildən Macarıstanın Dyöndoş şəhəri ilə qardaşlaşmışdır. Şuşanın mədəniyyət abidələri sırasına xan sarayları (Pənah xanın (XVIII əsr), İbrahimxəlil xan (XVIII əsr), Xan sarayı və s. Karvasaralar (İkimərtəbəli (XVIII əsr), Xanlıq Muxtar, Səfərov qardaşları, Hacıabbas məscidi, Karvansaray (XVIII əsr), Məscidlər (Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Hacıyusifli məscidi (XVIII əsr), Culfalar, Xocamərcanlı və s.) bulaqlar, görkəmli şəxslərin evləri və ev muzeyləri (Kəlbə Yusif, Məşədi Qara, Məşədi Zülfüqar, Üzeyir Hacıbəyli və s.) aiddir.
Şuşanın mədəniyyət paytaxtı elan olunmasına dair 7 may Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir:
“ Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Şuşada dövlət idarə etməsinin və hüquqi tənzimləmənin daha da təkminləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına qorunub saxlanmasına xidmət etməklə yanaşı onun daim inkişafına şərait yaradacaqdır”.
Tarixi Şuşa şəhərinin azad olunması bir növ mədəniyyətimizin xilası kimi də dəyərləndirilə bilər. Çünki erməni vandalizminə məruz qalan abidələrimiz bərpa oluna və yenidən Azərbaycan xalqının maddi mədəniyyətini dünyaya nümayiş etdirə bilər. Mikayıl Müşfiqin də dediyi kimi: “ Azad olunmayan mədəniyyət mağmundur. Azadlığı olmayan incəsənət yox olacaq”.
Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardındanda strateji Şuşa – Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçimişdirki, erməni qüvvələri sonradan- 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransanın “Le Monde” qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir. Ermənistan tərəfinin separatçı qüvvələri 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdi. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdi.
Şuşa yerləşdiyi coğrafi ərazinin struktruna görə alınmaz qala idi. Alınmaz qala heç bir desant cəlb edilmədən, pilotsuz uçuş aparatından, raket və artilleriyadan istifadə edilmədən işğaldan azad edilmişdir. Xüsusi təyinatlı qüvvələrimizin göstərdiyi peşəkarlıqla Şuşanın azad edilməsi hərb tariximizin ən şanlı səhifələri arasındadır.
27 sentyabr tarixindən Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda 44 günlük müharibə ərzində nümayiş etdirdiyi taktika bütün dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Ukrayna Donbas və Krımın azad edilməsi üçün Azərbaycanın nümayiş etdirdiyi taktikadan istifadə etməyi planlaşdırır.
Ukraynanın Müdafiə Nazirliyinin bir neçə nümayəndəsinin dediyinə görə: “Ukrayna üçün bu təcrübə misilsizdir, bu bizim yuxarı hakim təbəqələrdə müzakirə olunur. Hərbiçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirir”.
Şuşa şəhəri azad ediləndən sonra mədəni-maarif, erməni vandalizminə məruz qalmış abidələrin yenidən bərpası işlərinə başlanmış, yeni yollar çəkilmiş, eləcə də bir neçə beynəlxalq festivalın keçirilməsi planlaşdırılmışdır. Bu festivallardan biri də Qarabağın rəmzinə çevrilmiş “Xarı Bülbül” Festivalıdır. Hazırda dövlət başçısının tapşırığı əsasında Şuşada “Xarı Bülbül” Festivalının keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülür. Festival haqda İlham Əliyev bildirmişdi: “ İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il iki tədbir Şuşa şəhərində keçirilməlidir- “Xarı bülbül” festivalı və “Vaqif poeziya günləri”.
Qeyd edək ki, “Xarı bülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubleyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, keçmiş SSRİ ölkələrinin iştirakı ilə keçirilib. Aparılan bütün bu tədbirlər Şuşanı dünyaya Azəbaycanın turizm mərkəzi kimi tanıdacaq.
Nəsimi Rayon gənci
Fatimə Hacıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki