image-indirbackend

Şuşada “Xarıbülbül” festivalının keçirilməsi

image-reklam_sirab_01

“Uzun fasilədən sonra, Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarı bülbül” festivalı keçirildi”. Bu tarixi unutmamaq lazımdı. Çünki bu tarix bütün dünyada yadda qalan oldu. 44 günlük müharibədən sonra bu gözəl festival hər kəs də dərin hisslər oyatdı.
Xarıbülbül “Bu gün tarix yazan şəhidlərimizin ən gözəl simvoludur”. Daim Qarabağ deyiləndə yadımıza düşənlərdən biri də məhz Xarı bülbüldür. Daim onun adı gələndə kövrəlib, köks ötürərdik. Kaş bir gün bu əsrarəngiz gülü Şuşada görək deyə düşünürdük. İndi isə tamam fərqlidir. İndi bu hadisələri canlı olaraq yaşayırıq, həmişə arzu edirdik bu gün isə onlar gerçəkləşir.
Gözümüzün suyunu saxlaya bilmirik. Bir tərəfdən qürur, digər tərəfdən də qəhər bizi boğur. İllərdir yasımızı qərənfilin acı qırmızısı ilə bəzəyərdik. Şəhidlərimizin məzarına, xatirələrinə ucaldılan abidələrə dəstə-dəstə qərənfil düzərdik. Bu dəfə şanlı qələbəmizin səbəbkarlarını Xarı bülbülün məğrurluğu ilə yad edirik.
Torpaq uğrunda canlarından keçən şəhidlərimiz dünya azərbaycanlılarının fəxridir:
“Onlar öz qanları ilə Azərbaycan tarixini yenidən yazdılar. Xarı Bülbül isə hər zaman Qarabağın və mübarizəmizin rəmzi olub və həmişə də belə olacaq. Həmişə şairlərimiz, yazıçılarımız, müğənnilərimiz Xarı bülbül deyəndə söhbətin Qarabağdan getdiyini bilirdik.

 

İndiyənə qədər digər şəhidlərimiz, xüsusilə də “20 Yanvar” da həlak olan həmvətənlərimiz üçün ağlayanda qan rəngli qərənfil yada düşürdü. Xarı bülbül isə tarix yazan şəhidlərimizin, qazilərimizin, işğalçıları ölkəmizdən qovan oğullarımızın mübarizəsinin ən gözəl simvoludur.

Bu çiçək həm də cənnət rəmzidir. Qarabağ da Azərbaycanın cənnəti sayılır.
90-cı illərin hadisələri qərənfilə matəm çiçəyi donu biçdi. Ötən il 27 sentyabrda başlayıb, 44 gün davam edən və Azərbaycanın zəfəri ilə əbədiləşən II Qarabağ Müharibəsinin simvolu isə xarı-bülbül oldu – qürur, qələbə, əbədiyyət rəmzimiz hesab olunur.

Otuz illik həsrətdən sonra ölkəmiz özünün doğma torpaqlarına, eyni zamanda da misilsiz sərvətinə qovuşa bildi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpağı həm də ölkəmizin ən zəngin torpağı hesab edilir. Bu torpaqlar müxtəlif nadir bitkilərlə, gül-çiçəklərlə doludur. Onlardan biri də bu gün qalib Azərbaycanın əsas simvoluna çevrilən nadir çiçəklərdən biri olan xarı-bülbüldür.

Qarabağın rəmzinə çevrilən xarı-bülbül haqında gəlin ətraflı məlumata ahib olaq.Qarabağın dağlarında bitən qeyri-adi çiçək olan xarı-bülbülə bu adın verilməsinin səbəbi onun bülbülə bənzəməsidir. “Xar” tikan mənasını verir, yəni tikanlı çiçək. Bu çiçəyin digər adı isə Qafqaz qaş səhləbidir.
“Bu, adi bir çiçək deyil, sanki bir möcüzədir. Onun heç ətri də yoxdur .
“Bu çiçək haqda dillərdə 40-a yaxın rəvayət, əfsanə var. Bu əfsanələrdən biri isə belədir: Bir zamanlar bütün güllər-çiçəklər insanlar kimi sevir, danışıb-gülürmüşlər. Rəvayətə görə, bülbül bir çiçəyi sevir və bütün gül-çiçəklər də bunu hiss edir. Hər gün bülbül o çiçəyin üzərinə qonub ona məhəbbət mahnısı ifa edərmiş və digər gül-çiçəklər də bu avazda rəqs edərmiş. Amma xar belə şadyanalığa, məhəbbətə dözə bilmir, az qalır ki, qısqanclıqdan bağrı çatlasın. Çiçəyi bülbüldən ayırmaq üçün gəlib ona sevgisini etiraf edir. Çiçək xarı rədd etməyə çalışır. Acıqlanan xar çiçəyin saplağı ilə yuxarı dırmaşmağa başlayır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə çiçəyi yeməkdə davam edir. Onda hamı Allah-təalaya yalvarır ki, onların canını alsın, amma çiçəklə bülbülün eşqinə qıymasın. Beləcə onların ah-naləsi qəbul olunur. Beləliklə hamısı çiçəyə dönür, Çiçək bülbül və xar üçün çiçəyə çevrilir. Beləcə gül-çiçəklər canlarını bülbüllə çiçəyə görə fəda edirlər. Xarı-bülbül də söz verir ki, yalnız onların bitkiyə çevrildikləri yerlərdə bitəcək. Beləcə, hətta ən məharətli bağbanlar da onu başqa torpaqlarda bitirə bilmirlər.

Otuz il ərzində düşmən əsarətində qalan Azərbaycan torpaqları kimi xarı-bülbül də bu gün qəfəsdən çıxıb, azaddır, rahat nəfəs alır. O bu gün Azərbaycanın qələbə rəmzinə çevrilib.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etməsi ilə öz adını qoruyub saxladı. “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun əvvəlki bərpasını geri qaytarmağıdır. Biz bunu bacardıq. Çünki bizlər uzun illərdi bunun həsrətindəydik. Bu festivalın keçirilməsi tək valideynləri deyil, eyni zamanda bizim uşaqlarıında arzularından biri idi.
30 illik fasilədən sonra bu il ilk dəfə həyata keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması xüsusi əhəmiyyət kəsb edir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.
Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq.Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq. Tədbirlər bununla bitmir. Şuşada tikiləcək olan məscid hər kəs tərəfindən qürur hissi ilə anılacaq. Bununla da Azərbaycan öz ordusunun gücünü göstərdi. Şuşa şəhəri hamımızın yaralı yeri idi. İndi isə qürur mənbəyimizdir.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.
30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.
Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.
Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.
Bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.

44 günlük müharibə bizim şanlı tariximizin məhsuludur. 44 günün hər bir günü, xüsusən Şuşanın azad olunması ayrıca bir qəhrəmanlıq dastanıdır. Bu dastanı yazan da , yazdıranda bizim gənc qəhrəmanlarımız sayəsində oldu.
“Xarıbülbül” festivalında “Bayatı Şiraz” muğamı hər kəsin ürəyini fəth elədi. Bu muğamı eşidən Prezidentimiz və onun ailəsi göz yaşlarına sahib ola bilmədilər.
Bu festivalın Müqəddəs Ramazan bayramında həyata keçirilməsi bizi daha da qürurlandırdı. Bununla da Şuşada ilk bayram namazı qılındı. Şuşa dini dəyərlərinə görə həmişə seçilib. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Bununla da Azərbaycan ölkəsi öz sözünü dünya arenasında əks etdirdi.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Hazırladı. Nəsimi rayon gənci Lalə Yolçiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki