Bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır. Bayraq özünütəsdiq simvoludur, hər bir millətin qürur və güvənc yeri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.
Bugun Azərbaycan Respublikasının hər bir vətəndaşı Azərbaycan Respublikasının Dövlət rəmzinə dərin hörmət və ehtiram duyur. 2009-cu il noyabrın 17 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Bu sərəncama əsasən noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan bayrağının tarixi kökü dərin idealogiyalara bağlıdır və üç təməl prinsip üzərində dayanır. Türkçülük, müasirlik və islamçılıq.
Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir;
Ulu Öndər qeyd etmişdir ki, “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Azərbaycan bayrağı milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi siyasətinə dayanır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Bugün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir. Bugün Azərbaycan Avropa şurasının tamhüquqlu üzvüdür. Və Azərbaycan Bayrağı Avropanın mərkəzi küçələrində dalğalanır. Bu o deməkdir ki, Azərbaycanın varlığı gücü bütün dünyada tanınır. Hər vətəndaşın mənəvi dünyası Dövlət bayrağıyla bağlıdır. Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür.
Azərbaycan bayrağı işğaldan azad olan Qarabağ torpaqlarında, Xankəndidə, Şuşada, qürurla dalğalanır. Buda onu göstəririk həqiqətən bizim bayrağımız bizim qürur mənbəyimizdir.
Səriyyə Cəfərova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin psixoloqu