Ölkəmizdə müxtəlif dinlərə sitayiş edən xalqlar yaşayır. Ölkəmizdə əsasən islam dini geniş yayılmışdır,bundan başqa isə xristianlıq, yəhudilik, katolisizm,protestantlıq mövcuddur. İslam dünyanın ən böyük ilahi dinlərindən biri hesab olunur. Azərbaycan dünyəvi dövlət olsa da, əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Ölkəmizdə islam dini-ənənələri geniş yayılmışdır. Uzun əsrlərdən bəri Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuş və İslam dininin yayılmasında, Müsəlman İntibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə şərait yaratmışdır.
Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmaqdadır. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə yaradılmış Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda mənsublarının sayının çoxluğuna görı ən böyük xristian konfessiyası olaraq Rus Pravoslav Kilsəsi məşhurdur. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX əsrin əvvəllərinə təsadüf edir.Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən qazandıqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə imkan yarandı . Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında yüksək diplomatik əlaqələr qurulub. Bu əlaqələr fonunda Katolik icması hərtərəfli dövlət dəstəyi ilə əhatə olunub.İlk dəfə Katolik icması 2002-ci il 31 yanvar tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçib.
Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları var . Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000 nəfərdir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, 4000-i Qubada, təxminən 6000-i Bakıda,min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərinin sayı isə 4,3 min-dir. Onların əksəriyyəti Sumqayıtda və Bakıda yaşayır. Gürcü yəhudilərinin sayı təxminən 700 nəfərdir.Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil etməkdədir.
Bu dinlərin nümayəndələri bir-birilə dost münasibətindədir. Hər kəs digər dinlərin nümayəndələrinə hörmətlə yanaşır. Ölkəmizdə müxtəlif dinlərə çox yüksək səviyyədə önəm verilir və bu dinlərin nümayəndələri üçün lazımi bütün işlər görülür. Azərbaycan multikultural dövlət olaraq hər zaman digər dövlətlərə nümunə bir xalq olmuşdur. İstər ölkə Prezidenti İlham Əliyevin, istərsə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu səpkidə gördüyü işlər təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi baş tutmuşdur.Layihə çərçivəsində ölkəmizdə yeni məscidlər inşa olunmuş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirilmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər;
Nəsimi rayonu təhsil işçisi Hüseynov İlqar


























