1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 336-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür.
Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2.500 nəfər əhali yaxınlığındakı Azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmək məcburiyyətində qaldılar.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Xocalı soyqırımı əsrin faciəsidir. XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğın amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir.
Bu fikirlər fevralın 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Xocalı soyqırımı ilə bağlı keçirilən “Xocalı soyqırımı – əsrin faciəsi” adlı tədbirdə səsləndirilib.
Faciənin tarixi səbəbləri barədə danışan arxivin direktoru vəzifəsini icra edən Elmira Ələkbərova bildirib ki, Xocalı faciəsi 200 ilə yaxın müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdə himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasının həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürürlər. Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb.
Qeyd etdiyim kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan. silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 366-cı motoatici alayının köməyi ilə Xocalını mühasirəyə alıb. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan ediblər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb.
Xocalı soyqırımınin dünyada tanıdılmasi istiqamətində görülən dövləti, cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə işlərdən danışıblar. Bildirilib ki, Azərbaycan çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyön lü işlər həyata keçirir. Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti xüsusilə taqdirəlayiqdir. Çıxış edənlər faktlarla əsaslandırıblar ki, ermənilərin məqsədi məhz Xocalıda azərbaycanlılara qarşı soyqırımı aktı törətmək olub və bunu da həyata keçiriblər. Azərbaycan üçün Xocalı soyqırımı böyük bir dərddir. Unutmaq mümkün deyil bu niskilli günləri. Tanrı hökmünü verəcək.
Şən günləri unutmaq çox asandı. Xocalı faciəsi isə unudulası deyil. Hər il onu anırıq, hər günün bir anını Xocalını yaşayırıq. Doğmaların itkisi ilə barışmaq, namərd işgəncələrini yaddan çıxarmaq çətindir, çox çətin! Tanrı millətimizi yalanlardan, yolunu azmış millətlə münasibətdən və onunla münaqişəyə girməkdən qorusun. Atalar sözüdür, ilanların ən yaxşısı elə ilandır. Pis millətdən ibarət toplum da ilan kimidir… Tanrı hifz etsin!
Dövlətlər böyüklüyündən və kiçikliyindən asılı olmayaraq öz adət-ənənəsinə, bəşər övladına, ən nəhayət özünə hörmət edə bilmirsə başqa dövlətlərdən və millətlərdən də hörmət gözləməsi ən azı sadəlövhlükdür. Polyak yazıçısı Stanislav Yeji Hets qeyd edir ki, insan məhəbbətin əlavə məhsuludur. Bunu elə bütöv bir millətə də şamil etmək olar. Dinc insanların məhv edilməsini qarşısına məqsəd qoyan, anaların bətnlərini süngüdən keçirən millətin övladlarına insan məhəbbətin əlavə məhsuludur demək olarmı? Olarsa onda bəs insan nədir?
Həyatda bu və ya digər əmələ görə cəza tətbiq edilərkən hədd pozulur. Sadəcə buna əhəmiyyət verilmir. Faciəmiz ondadır ki, kiminsə qayğısına qalmaq istəmirik. Daha betəri isə bizə də qayğı göstərən tapılmır.
Bəzən bataqlıqları da dərin görürük. Amma bu təsəvvürlər yanlış olur. Fikirlərin dərinliklərinə inanaq, ora baş vuraq. Xocalı dərdlərimizin dərinliklərində bitən harayımızdır. Eh, vay-deyən anamızdır, ağlayan cağamız və nakam gedən cavanlarımızdır… Kor inamın acıqlı gözləri olur- deyirlər. İnamı kor, gözləri ac və niyyətində qisasçılıq olan millətin gələcəyi olmaz. Ermənilər bizim bu günümüzün yox, sabahımızın və gələcəyimizin düşmənidir. Düşməni dosta çevirmək böyüklükdürsə, onda bəs, Xocalı soyqırımını hara yazaq ki, yaddan çıxsın? Qəlbimizə! Qəlbə yazılan isə unudulmur!
Martın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin (IB) ötən müddət ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. İB Tədbirdə nin sədri Şamil Sabiroğlu rəhbərlik etdiyi qurumun Azərbayca ölkəmizin hüdudlarından kənarda nda həyata keçirdiyi layihələrdən və bu günlərdə Xocalı faciəsinin 21 ci ildönümü münasibətilə qardaş Türkiyədə reallaşan görüşlər dən sözaçmışdır. Bildirilmişdir ki, birliyin üzvləri Xocalı faciəsi ilə bağlı bir çox tədbirlərdə, eləcə də Almaniyanın paytaxtı Berlində və Türkiyənin bir sıra şəhərlərində təşkil edilmiş silsilə tədbirlərə qatılmışlar. Ötən müddət ərzində İB-nin orqanı olan “Ana harayı” qəzeti nəşredilmiş, “Haray” xalq teatri yaradılmış birliyin sayti və istifadəyə verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Anadolu türkcəsində nəfis tərtibatla çap edilmiş kitab qardaş ölkənin təhsil ocaqlarına, kitabxanalarına, Türkiyə Böyük Millət Məclisinin deputatları hədiyyə vermişdir. Tədbirdə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
ABŞ in Yuta ştatınin festival şəhəri kimi tanınan Sedar şəhərində keçirilən nüfuzlu 11-ci “Red Rock” film festivalı çərçivəsində Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusundaçəkilmiş ilk sənədli ekran əsəridir.
Bundan əlavə olaraq da İstanbulun Bahçeşehir Universitetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi yad edilib.
Bəybala Quliyev
Nəsimi rayon YAP-nın üzvü


























