image-1backend

Almaniya bu silahları Ukraynaya verdi

image-reklam_sirab_01

Berlin Kiyevə daha bir IRIS-T SLS hava hücumundan müdafiə sistemi (onların ümumi sayı üçdür), artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və digər silahları təhvil verdi.

Vətəninfo.az xəbər verir ki , bunu Almaniya hökumətinin saytında dərc edilmiş avqustun 19-da Ukraynaya göstərilən hərbi yardımların siyahısı sübut edir.Yeni paketə IRIS-T SLS zenit-raket kompleksindən əlavə 14 000 155 mm-lik artilleriya mərmisi, 10 pilotsuz uçuş aparatı, ehtiyat hissələri ilə birlikdə 26 Vektor kəşfiyyat aparatı, 6 HMEE yükləyicisi və 2 Bergepanzer zirehli maşını daxildir. Bundan başqa, 700 ədəd MK 556 avtomat tüfəngi, 10 ədəd HLR 338 markalı snayper tüfəngi sursatı ilə birlikdə, 50 ədəd CR 308 tüfəngi, 55 000 ədəd ilkin tibbi yardım çantası, həmçinin partlayıcı əşyaları zərərsizləşdirən vasitələr də təhvil verilib.Almaniya Nazirlər Kabinetinin sözçüsü Volfqanq Buxner brifinqdə deyib:

“Yardımı məhdudlaşdıracağımız barədə xəbərlər sadəcə olaraq doğru deyil”. O qeyd edib ki, kansler Olaf Şolzun Almaniyanın Ukraynaya yardımının lazım olduğu müddətdə davam edəcəyinə dair vədi “əvvəlki kimi etibarlıdır”.Avqustun 17-də “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazıb ki, Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalıdır, çünki büdcə planlaşdırmasına əsasən, hazırda bu məqsədlər üçün yeni vəsait yoxdur. Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.

Berlin indiyədək Kiyevə hərbi dəstək üçün vəsait ayırıb və gələcək xərclər üçün təxminən 28 milyard avro ayırıb.

2025-ci ilin büdcə layihəsinə əsasən, Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayrılacaq ki, bu da 2024-cü ildəki məbləğin yarısı qədərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image