image-photo-2021-12-23-14-22-01backend

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətə başladıqları dövrdən İkinci Qarabağ münaqişəsinə qədər konfliktin həlli istiqamətində hər hansı əməli addımlar atmadığı faktdır.

image-reklam_sirab_01

ATƏT-in mandatına əsasən Minsk qrupu 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi.

 

 

Silahlı Qüvvələrimiz təcavüzkar ölkəni məğlub etməklə təkcə işğal altındakı torpaqlarımızı yox, eyni zamanda, regionu terror və faşizm təhlükəsindən xilas etdi. 30 ildən sonra bölgəmizdə hazırda sülh və əmin-amanlıq mühitinin formalaşması üçün olduqca əlverişli şərait formalaşıb. Bu reallıq, öz növbəsində, regionda demokratik dəyərlərə əsaslanan plüralist cəmiyyətlərin bərqərar olması üçün əlverişli şərait yaratdı. Müstəqilliyinin ilk illərindən demokratik inkişaf yolunu seçmiş ölkəmiz işğalçı Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhələrində tarixi Qələbə qazandı. Bu qələbələr öz əhəmiyyəti baxımından region səviyyəsini aşaraq dünyada əks–səda yaradıb. Çünki dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, ABŞ, Rusiya Federasiyası və Fransa kimi dövlətlərdən ibarət ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 ilə yaxın müddətdə həll edə bilmədikləri Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində icra etdi. Bu vaxta qədər Ermənistanın işğalçı siyasətini əks etdirən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə kağız üzərində qalmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu nəinki üzərinə düşən vəzifəni yerinə yetirmədi, əksinə, qurumun sərgilədiyi qətiyyətsiz mövqe işğalçı Ermənistanı daha da həvəsləndirdi və arxayın saldı.

Minsk Qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni onlar dünya miqyasında ən güclü ölkələr sayılır və həmin ölkələr tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilərdi. Beynəlxalq təşkilatların sanksiyaları isə savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistana böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub Azərbaycan ərazilərindən çıxacaqdı. Ancaq Minsk Qrupu bunu edə bilmədi və ya etmək istəmədi.

Müharibə nəticəsində Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazisinin böyük hissəsini azad etdi.  Münaqişə Minsk Qrupunun mahiyyətini şübhə altına qoydu. Fransanın Ermənistanın xeyrinə qərəzli mövqeyi və ABŞ-ın münaqişə ilə bağlı məhdudlaşdırılmış münasibəti Minsk Qrupu üçlüyünün digər üzvü olan Rusiyaya münaqişə tərəfləri arasında vasitəçilikdə birtərəfli qaydada iştirak etmək imkanı verdi. Bir çox digər vasitəçilik missiyalarındakı kimi, Minsk Qrupunun da uğursuz fəaliyyətində diqqət çəkən amil ölkələrin fərqli maraqlara malik ola biləcəyi beynəlxalq diplomatiyanın aparıcı forumlarında konsensus əldə etmə ehtiyacıdır ki, bu da, öz növbəsində, vasitəçilik formatının səmərəliliyini təhlükə altına alır.

Abdullayeva Aytən Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki