image-photo-2021-11-18-08-38-33-2backend

Erməni vandalizminin növbəti təsdiqi 1993-cü il iyulun 23-dən ermənilər tərəfindən işğal olunmuş və xarabalığa çevrilmiş Ağdam şəhəridir.

image-reklam_sirab_01

Ağdam şəhəri işğalı nəticəsində 130 minə yaxın Ağdam sakini qaçqın düşüb, 6 minə yaxın sakin şəhid olub. Şəhər 2020-ci il noyabrın 20-də azad edilib.Ağdam rayonu özünün qida sənayesi və kənd təsərrüfatı ilə tanınırdı, burada çoxlu sayda müəssisə və zavod, tədris müəssisələri, texnikumlar, tibb və musiqi peşə məktəbləri, dram teatrı, 200 filialdan ibarət rayon kitabxana şəbəkəsi fəaliyyət göstərirdi.

Ağdamda Sovet İttifaqının yeganə Çörək muzeyi mövcud idi. 1992-ci il avqustun 12-də ermənilərin atdığı mərmi Çörək muzeyinin fəaliyyətinə son qoyub, muzeyin 1 500-dən çox eksponatı məhv edilib. Bundan başqa, Ağdamın məşhur çay evi və “Qarabağ” futbol klubunun oyunlarını keçirdiyi “İmarət” stadionu dağıdılıb.

İşğal müddətində ermənilər rayon ərazisində qanunsuz arxeoloji qazıntılar aparıb və tapılan eksponatları Ermənistana daşıyıb.

Dağıdılan tarixi abidələr sırasında eramızdan əvvəl 2-ci minilliyə aid Üzərliktəpə yaşayış məskəni, 16-cı əsrə aid məbəd, Kəngərli kəndində 14-cü əsrə aid sərdabə və daş abidələr, Xaçındərbənd kəndində 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu məqbərəsi, 18-19-cu əsrlərə aid Qarabağ xanlığının irsi hesab olunan Şahbulaq qalası, xan sülaləsinin sarayı və türbələri yer alır.Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.Ermənistan tərəfi həm işğal dövründə, həm də müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bütün gücü ilə davam edir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb.Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.Ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli Qətnamə qəbul edərək, erməni hərbçilərini dərhal Ağdamı tərk etməyə çağırıb. Amma buna baxmayaraq, BMT-nin Qətnaməsi yerinə yetirilməyib. Ermənilər işğal dövründə Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.Azərbaycan rəhbərliyi məsələni sülh yolu ilə, danışıqlarla həll etməyə çalışıb. Eyni zamanda bildirib ki, əgər sülh yolu ilə alınmasa biz torpaqlarımızı hərb yolu ilə işğaldan azad edəcəyik. Belə də oldu. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibədə Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər qazandı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də bir güllə atılmadan işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş Ağdamın yenidənqurma, bərpa dövrü başlayıb.

 

Nəsimi gənci : Bəxtiyar Yusifzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki