image-qarbacovbackend

Mixail Qorbaçov başda olmaqla Bakıda törədilmiş hərbi cinayət

image-reklam_sirab_01

20 Yanvar, Qanlı Yanvar,Qara Yanvar… . Bu ifadələr bizə çox tanışdır. Hər bir xalqın tarixində onu sarsıdan, yaddaşında həkk olunan, silinməyəcək iz buxaran hadisələr baş verir. Azərbaycan xalqının da tarixində belə bir hadisələrdən biri də 20 Yanvar faciəsidir. Bu faciə uşaqdan böyüyə hər kəsi sarsıdan unudulmaz tarixi faciədir. Bu təkcə faciə yox eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

Əvvəlcədən planlaşdırılmış hərbi cinayət Azərbaycan xalqını çox sarsıtdı. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik arzusunda  olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını,ümidlərini tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qırmağı bacarmadı və bacara da bilməzdir.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda «rus və erməni kartından» ustalıqla istifadə etməyi bacardı. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, «millətçi ekstremistlər» tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq məqsədi güdürdü. Əslində olan isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin «dəlilləri» hətta həqiqətə yaxın olmasına baxmayaraq , Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərilməsinə hec bir zərurət yox idi.Çünki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri mövcud idi. 4-cü ordunun komandanlığı da elə  Bakıda yerləşirdi. Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir,məhv edir , hərbçilər isə hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn «təcili yardım» maşınlarını belə  və hətta  tibb işçilərini də atəşə tuturdular.
Bütün olanlara baxmayaraq xalqımız daima öz gücünü , əzmkarlığını qorumağı bacarmış və daima şəhidlərini uca tutmuş ,onları yad etmişdir. Xalqımız çətin sınaqlardan üz ağ çıxmağı bacardı. Heç bir plan, faciə, soyqırım xalqımızın gücündən, birliyindən qüvvətli ola bilməz.

Yaşasın Azərbaycan , Yaşasın Azərbaycan xalqı!
Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image