Vətəninfo.az xəbər verir ki, Almaniya çempionu “Bavariya”nın alman hücumçusu Tomas Müller Bundesliqanın 21-ci turunda “Bayer”ə 0:3 hesablı məğlubiyyətdən sonra sosial şəbəkədə paylaşım edib.
“Bu oyun tamamilə kabus idi, lakin titul uğrunda mübarizə hələ bitməyib. Leverkuzenli rəqiblərimizi təbrik edirik. Onlar inanılmaz qələbələr seriyasındadırlar.
İndi bizim işlərimizi qaydasına salmağınız lazımdır. Və növbəti mühüm görüş çərşənbə günü baş tutacaq”, – Müller yazıb.
“Bayer” 55 xalla turnir cədvəlinə başçılıq edir, “Bavariya” 50 xalla ikincidir.
Fevralın 14-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bavariya” Romada “Latsio”nu qəbul edəcək.