XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür.
1988-ci ilin əvvəlindən Xankəndində (Stepankertdə) erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda öz dədə-baba yurdunda yaşayan Azərbaycan türkləri oldular. Azərbaycanlıların qovulması kampaniyası başlandı. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı, 1986-cı ildə Ermənistanın Qafan və Mehri rayonlarında bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirmişdilər. Onlar əsasən Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşmışdılar. 1988-ci il fevralın 19-da İrəvanda antitürk mövqeli mitinq keçirildi. “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır” və s. millətçi şüarlar irəli sürüldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış son məscidi də dağıtdılar. Vedibasarda Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində daha da genişləndirildi. Kəndlər talan olunurdu. Qız-gəlinlər, ağsaqqallar təhqir edilirdi. Heç yerdən köməyi olmayan, döyülmüş, alçaldılmış dörd min nəfərə qədər adam ev-eşiyini atıb böyük çətinliklə, piyada, ayaqyalın-başıaçıq qarlı dağ keçidləri ilə Azərbaycana gəlməyə məcbur oldular. Bu zülm də cəzasız qaldı. DQMV-dəki erməni millətçiləri bundan ruhlanaraq daha fəal zorakılıqlar və siyasi aksiyalar təşkil etdilər. 1988-ci ilin əvvəlindən Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdi. Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün içində rus əsgərlərinin köməyi ilə Ermənistandan qovuldular. Beləliklə, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların tarixi-etnik torpaqlarında soyqırımı və deportasiyası başa çatdı. 1988-1991-ci illərdə Ermənistandakı 185 azərbaycanlı kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər azərbaycanlı qovuldu. Onlara məxsus 31 min ev, 165 kolxoz və sovxoz əmlakı, çoxlu mal-qara talandı. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, bədən əzaları kəsildi, gözləri çıxarıldı.
1988-ci ilin ilin yanvarnda Qafan və Muğrudan yenə azərbaycanlı qaçqınlar Azərbaycana pənah gətirdilər.Leninakanın uşaq evinden Azerbaycana gönderilen 70 nəfer azərbaycanlı uşaq Spitakda qətlə yetirildi.Ermənistanın zəlzələ zonasına kömeyə gedən 78 nəfər azərbaycanlının olduğu İl-76 təyyyarəsi “Stinger” qurgusu ilə vuruldu.1991-ci il 8 avqustda Ermənistanda sonuncu kənd olan Nüvədi (Muğru rayonu) rus esgərlerinin komeyi ile boşaldıldı.Beləliklə Ermənistandakı 185 azərbaycanlılar yasayan kənddən 230 min azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü.1988-ci ildə Qərbi Azərbaycandan təkcə azərbaycanlılar yaşayan 172 kənddən, 89 qarışıq kənd və 6 şəhər tipli yaşayış məntəqəsindən 49928 ailə (250000 nəfər azərbaycanlı) öz doğma yurdlarından zorla qovuldular. Bu zaman 226 nəfər soydaşımız ermənilər tərəfindən öldürülmüşdür (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox adam bədən xəsarəti almışdır. Bir çox azərbaycanlıların evləri, əmlakı yandırılmışdır.
HÜMBƏTLİ FİRUZƏ–ADPU