image-reklam-veteninfo
image-photo-2022-04-09-14-51-00-1backend

NÜFUZLU BEYNƏLXALQ TƏŞKİLATLARDAN BİRİ OLAN AVROPA İTTİFAQININ AZƏRBAYCAN – ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ RƏSMİ MÖVQEYİ

image-reklam-veteninfo

Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı dövlət siyasətinin prioritetinə çevirdi və Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatlarla əməkdaşlığı genişləndirərək həmin qurumların üzvü oldu.
Ölkəmiz, həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Qürurverici haldır ki, Azərbaycan həm də GUAM-ın təsisçilərindən biridir. Dövlətimiz bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını gerçəkləşdirir. Düşünülmüş siyasi kursun nəticəsidir ki, hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Eyni zamanda, Qərb və Şərq sivilizasiyaları, habelə, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoyub. Hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələr yaratması və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir.

Təsadüfi deyil ki, bir neçə gün əvvəl Avropa İtti¬faqı Şurasının prezidenti Şarl Mi¬şelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü¬nün ardınca verdiyi bəyanatda de¬yilir ki, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul edilmiş Azərbaycan – Ermənistan – Rusiya üçtərəfli bəyanatları çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə olunmuş anlaşmaların inkişafı zərurətini bir daha təsdiqləyiblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı da üçtərəfli formatda indiyə qədər əldə edilmiş və milli maraqlarımıza xidmət edən razılaşmaları dəstəkləyir, eləcə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirir. Məlumdur ki, Soçidə əldə edilmiş anlaşmalar arasında Zəngəzur dəhlizinə dair müddəalar var idi. Brüssel görüşündə isə həmin anlaşmaların həyata keçirilməsi istiqamətində müəyyən irəliləyiş əldə edildi. Bəyanatda Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastruktur¬larının bərpasının əhəmiyyəti vurğulanır.

Bu istiqamətdə işlərə dəmir yolu xətlərinin bərpasından başlanılması, sərhəd və gömrük nəzarətinin qarşılıqlı prinsip əsasında təşkil olunması barədə razılığa gəlindiyi qeyd olunur. Qar¬şılıqlı prinsipin tətbiqi Prezident İlham Əliyevin Brüsseldə açıq şəkildə səsləndirdiyi arqumentə əsaslanır. Prezident bildirmişdir ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqələrinin olmasında israr etsə, onda biz eyni yanaşmanın Laçın dəhlizinə də tətbiq edilməsində israr edəcəyik. Prezident İlham Əliyevin arqumentinə müvafiq olaraq qarşılıqlı prinsip kimi ifadə edilmiş formula gələcəkdə Ermənistan və Azərbaycan sülh danışıqlarında müəyyən mənada presedent və ya baza prinsipi rolu oynaya bilər.

Səfər çərçivəsində Brüsseldə İspaniyanın “El Pais” qəzeti Prezident İlham Əliyevdən geniş müsahibə alıb. Müsahibə zama¬nı verilmiş suallar, xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiya¬mızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyətin təzahürüdür. Bu kontekstdə bir məqamı da qeyd etmək yerinə düşərdi. İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı bildir¬di ki, Ermənistan rəhbərliyi ilk dəfə olaraq beynəlxalq tədbirdə Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar etməyib. Bu halın özü hərb meydanında böyük Zəfərimizin, Beynəlxalq Cinayət Məhkəməsində və hüquqi müstəvidə haqlı olduğumuzun və Soçidən Brüsselə qədər uzanan diplomatik təsirimizin nəticəsidir.

Ümumiyyətlə, Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi ba¬xımından səmərəli və məhsuldar oldu. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalar¬dan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan – Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi zamanı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bir sözlə, əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olu-nan, imza atılan və qəbul edilən Azərbaycan xalqının milli maraq¬ları, iradəsi bütünlüklə əks olundu. Prezident İlham Əliyevin müdrikli¬yi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət erməni revanşistlərinin bütün ümidlərinin üstündən xətt çəkdi.

Beləliklə, dövlətimizin başçısı bu fürsəti də layiq¬li dəyərləndirərək, Qərb ictimaiyyətinin diqqətinə çatdırdı ki, Qələbəmiz Avropa mediasın¬da, adətən, təqdim edildiyi kimi, təkcə dronların hesabına baş verməmişdir. Daha önəmli amil xalqımızın motivasiyası və ruh yüksəkliyidir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işğal etməsi ilə 30 il ərzində barışma¬mağımızdır.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki