image-1backend

Qazaxda mina partladı – Yaralı var

image-reklam_sirab_01
Qazax rayonunda mina partlayışı baş verib, xəsarət alan var.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Report”a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, aprelin 29-da qeydə alınan mina partlayışı nəticəsində xəsarət alan şəxs əməliyyata götürülüb, ayağının bir neçə barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki