image-10-gozlu-korpubackend

Şərqin incisiDiyarbakır-İlk yazı

image-reklam_sirab_01

Aprelin 27-də Türkiyə Respublikasının Mədəniyyət və Turizim nazirliyinin təşkilatçılığı ilə Azərbaycan,Qazağıstan,Qırğızıstan,Özbəkistan,Makidoniya və Kosovadan olan jurnalistlər türkiyənin tarixi və mədəniyyətli ilə bütün dünya tərəfindən bilinən Diyarbakır şəhərinə yola düşdük.Bakıdan istanbula,ordan da Diyarbakıra təyyarə ilə yrollandıq. Diyarbakır haqqında  elə bir məlumatım olmasa da,qardaş Türkiyəmizin Şərqində, İraq və Suriya ilə sərhəddə yerləşdiyini, təqribi 2 milyona yaxın əhalisi olduğunu bilirdim. Eyni zamanda bu bölgədə davamlı olaraq terror olaylarının olması,müxtəlif  xarici orqanların  bölgədə ixtişaşlar törətməsi heç kimə sir deyil. Amma hava limanından başlayan Diyarbakır yolculuğumuzda qarşımıza çıxan mənzərə məni valeh etdi. Diyarbakır şəhər olar çox təmmiz və özünün tarixlə-müasirliyin sintezini yaşayan bir şəhər olaraq məndə bu şəhərə vurğunluq yaratdı.

İlk olaraq bizlərə rəfaqatçılıq edən Ufuq bəy,Tamer və Həbib bəylə birlikdə hotelə yerləşib.Ardından Diyarbakırın dünyaca məhşur qala divarlarının ardında Dəclə çayı üzərində yerləşənTarix boyunca birçox mədəniyətə şahidlik edən Dəclə çayı, Mezopotamyanın gözəlləməsinin,hərzaman yaşıllıqlar içərisində olması olaraq qəbul edilir. Uzunluğu 1.900 km olan şayın, təqribi 530 km hissəsi Türkiyə sərhədləri içərisində yerləşir.

image-20220427_150136

Dəclə çayı Elazığ, Diyarbakır, Batman, Mardin bölgələrindən keçərək İraq torpaqlarına keçir və burdan da Bəsrə Körfəzinə  tökülür. Olduqca bərəkətli torpaqlar  yaratmış olan bu qədim çay, şərqin və Türkiyənin ən önəmli su qanaqlarından biridir.

image-20220427_151151

On Gözlü Körpünün hekayəsi

Tarixi əsərləri sərhədləri içərisində yaşadan Diyarbakır üçün On gözlü Körpü belə demək mümkünsə bir açıq hava müzeyidir. Bir çok mədəniyyətə ev sahibliyi edən, müxtəlif memarlıq  abidələrinin mövcud olduğu Diyarbakırın  ən önəmli abidələrindən biri olaraq Dəclə Körpüsünü saya bilərik.

image-10-gozlu-korpu

On Gözlü Körpü Diyarbakırın  Sur ilçəsi deyilən ərazidə yerləşir. Körpü, Dəclənin iki sahilini birləşdirir. Körpü on ayrı-ayrı  açıqlığa,yəni kəmərə sahibolduğuna görə, On Gözlü Körpü olaraq adlandırılır.

image-20220427_150154

On Gözlü Körpü eyni zamanda Diyarbakır Silvan yolu üzərindən yerləşdiyindən xalq arasında Silvan Körpüsü də deyilir.

 On Gözlü Körpü Əfsanəsi

Həm körpünün yerləşdiyi Dəclə çayı, həm də körpünün yanında yerləşən Qırxlar dağı xalq arasında çox mühüm yer tutur. İllərdir bölgə ilə bağlı dini və tarixi hekayələr dolaşır.

image-on-gozlu1

Dəclə körpüsünün cənubuna doğru axan Dəclə çayının insanlar arasında dini əhəmiyyəti var. Nəsildən-nəslə ötürülən məlumata görə, Allah-taala Daniel peyğəmbərdən Dəclə suyunun çıxdığı mağaranın qarşısına getməsini istəyərək buyurur: “Suyun çıxdığı yerdən bir xətt çəkərək get. Su sizi izləyəcək. Yoxsulların və vəqflərin sərvətinə yetişdiyiniz zaman yolu dəyişin ki, su onlara zərər verməsin”.

image-20220427_150837

Bu yolla Daniel əlindəki əsa ilə suyun hara axacağı yol xəritəsini müəyyən edir. Buna görə də çayın ziqzaqlar çəkdiyi düşünülür və ona “Tanrıya gedən yol” da deyilir. Bu gün də yerli əhalinin bir hissəsi su çıxan mağarada sudan içir, diləklər söyləyir, nəzir edir.

image-20220427_150231

Körpünün şərq tərəfində yerləşən Qırxlar dağı da xüsusi əhəmiyyətə malikdir. Qırxlar dağında ilk insan olan Hz. Adəmin yerə endirildiyi yer hesab olunur. Şayiələrə görə, Hz. Adəm qırx su ilə bu dağda çimir və dağ öz adını buradan alır. Dağda tapılan ayaq izlərindən biri də Hz. Adəmə aid olduğuna inanılır.

Məşhur mahnı Suzan Suzinin hekayəsinin Dəclə körpüsündə yaşandığı da bildirilir.

 

On Gözlü Körpünün Tarixi

On gözlü körpü də adlandırılan Dəclə körpüsünün tikilmə tarixi ilə bağlı müxtəlif fikirlər var. Körpünün cənub tərəfindəki kitabədəki tarix körpünün tikildiyi il üçün ən dəqiq tarix hesab olunur.

image-20220427_151138

Yazıda olan məlumata görə, körpü Mərvanilər dövründə tikilib. Mervanoğlu Əhmədin oğullarından olan Əmir Müeyyid Devlə Qasım Nasır körpünün tikintisinə göstəriş verir. Körpü 1065-ci ildə Kadi Ebul Həsən Abdulvahid bin Məhəmmədin köməyi ilə memar Sancaroğlu Ubeydoğlu Yusif tərəfindən inşa edilmişdir.

Bununla belə, bəzi tədqiqatçılar körpünün daha qədim dövrə aid olduğunu bildirirlər. Körpünün üzərindəki yazının təmir yazısı olduğunu bildirirlər.

image-on-gozlu2

Bəzi mənbələrdə körpünün VI əsrdə I Anastasiya dövründə tikildiyi bildirilir. Körpünün şəhəri mühasirəyə alan qüvvələr tərəfindən zamanla dağıdıldığı və sonradan təmir edildiyi bildirilir. Şəhərin 974-cü ildə sonuncu Bizans imperatoru Juannes Tzimisces tərəfindən dağıdıldığı, daha sonra Əməvilər dövründə körpünün təmir edildiyi məlumdur. Eyni zamanda, körpü dəfələrlə dağıdılıb, lakin yenidən tikilib. Ona görə də gələcəkdə körpünün döşəməsində qədim qalıqlara rast gəlmək olur.

Demək olar ki, Diyarbakıra gələn yüzlərlə turist  On Gözlü Körpünü ziyarət edir,onlara körpü haqqında geniş məlumatlar verilir.

image-20220427_150703

Qeyd etməliyəm ki,  son 20 ildə Diyarbakır həqiqən də çox dəyişmiş.Diyarbakır gözəlliyi ilə dəyişdiyi kimi insanları da canayaxınlığı ilə bir başqadı.Burda insanların göstərmiş olduqları nəvaziş doğurdan da bizləri valeh etdi.

 

Gələn yazımızda: Diyarbakır qalaları və  1400 ildir Quran sədaları ilə alovlanan Ulu Cami haqqında

 

Nahid Canbaxışlı

Vətəninfo.az İnformasiya Agentliyinin

Baş redaktoru

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image