Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Bütün Bakı əhalisi gecə qətlə yetirilənlərin kütləvi dəfn mərasiminə toplaşdı. Onlar şəhərin hündür hissəsində salınmış Şəhidlər Xiyabanında basdırılan ilk şəhidlər oldular. Kommunist partiyasının minlərlə üzvü öz partbiletlərini yandırdı, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə “hərbi canilərin” əməllərini pislədi.
Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqsızlığını üzə çıxartdı. Fövqəladə vəziyyətin erməni basqınlanrın qarşısnı almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etdiklərindən sonra elan edilməsi hökumət orqanlanın tam mənəviyyatsızlığından və ya səriştəsizliyindən, ya da hər ikisindən xəbər verirdi. Xalq Cəbhəsinin meydan oxumasına hökumət orqanlanın öncə tərəddüdlü, sonra isə qəddar reaksiyası Sovet İttifaqında bir neçə bir-birindən fərqli güc mərkəzlərinin mövcudluğunu meydana çıxartdı. Bu qruplaşmaların hər birinin ayrı-ayrı məqsədləri var idi, Qorbaçov isə onların arasında götür-qoy edirdi.Kommunist partiyası qısa müddətlik hakimiyyətə qayıtdı. Xalq Cəbhəsinin onlarla fəalı və bir az əvvəl hökumətin icazəsi ilə yaradılmış Milli Müdafiə Şurasının üzvləri həbs edildi. Etibar Məmmədov mətbuat konfransı keçirmək üçün Moskvaya gedərkən saxlanıldı. Nemət Pənahov İranda gizləndi. Naxçıvanda qarşıdurma bir neçə gün davam etdi. Sovet İttifaqında ilk dəfə birtərəfli qaydada öz müstəqilliyini bəyan edən elə məhz Naxçıvan oldu, lakin çox keçməmiş burada da Xalq Cəbhəsinin müqavimətini qırdılar. Kəskin əsəb gərginliyi keçirmiş Kommunist partiyasmın birinci katibi Əbdürrəhman Vəzirov paytaxtı tərk edib Moskvaya qaçdı, onun əvəzinə birinci katib vəzifəsinə Ayaz Mütəllibov seçildi. Polyaniçko ikinci katib vəzifəsini və “boz kardinal” statusunu özündə saxladı.
Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya öz rəyini faciənin törədilməsində iki il sonra – 1992-ci ildə SSRİ süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.
1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu keçirilmişdir. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir.
Fevralın 4-də Mütəllibov Qorbaçovla görüşmək üçün Moskvaya yollandı. Elə həmin gün “Pravda” qəzeti Heydər Əliyevi Brejnev dövrünün korrupsiyaya uğramış qalığı adlandırıb sərt ittiham atəşinə tutdu. Heç şübhəsiz, məqalənin dərc edilməsi qəsdən Mütəllibovun səfəri ilə eyni vaxta salmışdı. Bununla belə, Mütəllibov özü təsdiq etdi ki, heç nəyə baxmayaraq onun Əliyevlə görüşü baş tutdu və onlar gecə saat üçə qədər söhbət etdilər. Yeni partiya rəhbərinin rəğbətdə olmayan Əliyevlə görüşməsi Əliyevin Azərbaycanda güclü pərdəarxası sima kimi öz nüfuzunu saxladığından xəbər verirdi. Əliyevin sözlərinə görə, nümayişlərin ən qızğın çağı Qorbaçov ona zəng edib “adamlarını Bakının küçələrindən yığışdırmağı” və açıq bəyanat verməyi xahiş etmişdi. Əliyev ona cavab verdi ki, o, Moskvadadır və Azərbaycanda baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Əliyevə zəng edən Qorbaçov əmin idi ki, Əliyev Bakıda gizli təsir mexanizmlərinə malikdir. Əliyevin basqınlara qədər rolundan asılı olmayaraq o, Qanlı Yanvar hadisələrindən yenidən hakimiyyətə gəlmək üçün məharətlə istifadə etdi. 20 yanvar qantökməsindən sonra o, Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı çağırdı və qoşunların Bakıya daxil olmasını pislədi
Azərbaycan Dövlət Pedaqoji Universiteti – Hümbətli Firuzə