image-nasisbackend

100 yaşlı Nasistin məhkəməsi başlayır

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Almaniya KİV-inin yazdığına görə, İkinci Dünya Müharibəsi zamanı bir Nasist düşərgəsində gözətçi işlədiyi iddia edilən 100 yaşındakı şəxs düşərgədə 3500-dən çox insanın öldürülməsində iştirak etdiyi iddiasıyla oktyabr ayında mühakimə olunacaq.

Məlumatagörə, Almaniya prokurorları fevral ayında ölkənin məxfilik qanunları səbəbiylə səlahiyyətlilər tərəfindən müəyyən edilən şəxsi cinayətin iştirakçısı olmaqda ittiham etdilər. Welt am Sonntag qəzetinə görə, o, 1942-1945 -ci illərdə Berlindən təxminən 20 mil şimalda yerləşən Sachsenhausen Nasist düşərgəsində işləməkdə günahlandırılır. (Toplama düşərgəsi 1945 -ci ildə 11.000 yəhudi əsiri saxlanılıb.)
Qəzet günahlandırılan şəxslə əlaqəyə cəht edib və onun özünü müdafiə üçün vəkil tutub-tutmadığını öyrənmək istəsə də bu mümkün olnayıb.

Qeyd edək ki, 2011-ci ildə bir məhkəmə qərarına qədər Almaniya prokurorlarından, ümumiyyətlə, müttəhimlərin konkret qurbanlara qarşı xüsusi hərəkətlər etdiklərini sübut etmələri, onları İkinci Dünya Müharibəsi dövründəki müharibə cinayətlərindən məhkum etmələri tələb olunurdu. Düşərgə mühafizəçilərinin qurbanlara ümumi anonimliyi və müharibədən onilliklər sonra şahidlərin sayının azalması səbəbindən demək olar ki, çətinləşib.
Amma həmin il Münhen məhkəməsi, John Demjanjuku nasistlərin işğal etdiyi Polşadakı Sobibor toplama düşərgəsində gözətçi olaraq xidmət etdiyi üçün cinayəti törətməkdə günahkar bilmişdi. Məhkəmənin qərarı, müttəhimin nasist ölüm düşərgəsində xidmət edib -etməməsinə əsaslanan hökmlərə yol açdı. Amma2012 -ci ildə dünyasını dəyişən Demjanjuk sağlığında keçirilən məhkəmdə mühafizəçi olduğunu inkar etmoişdi.

İndi, 100 yaşlı adam, yaxınlarda həbs düşərgələrində nasist rejimi üçün çalışdığı iddiasıyla mühakimə olunacaq.
Der nəşrinə görə isə daha bir yaşlı İrmgard Furchnerin həbsi gözlənilir. Prokurorlar Nasistlərin işğalı altında olan Polşadakı Stutthof toplama düşərgəsinin komendantının katibi işlədiyini söyləyən 96 yaşındakı İrmgard Furchneri, bu il 11 mindən çox insanın öldürülməsində iştirak etdiyi iddiasıyla mühakimə edəcəklər. Alman xəbər jurnalı Spiegelin əməlkdaşı Furchnerin qanuni nümayəndəsi ilə əlaqə saxlamağa cəht etsə də o da hansısa əlavə məlumat ala bilməyib.
Keçən il, 90 yaşlarında, Furchner ilə eyni düşərgədə gözətçi olaraq çalışan Bruno Dey, 1944-1945 -ci illərdə 5200 -dən çox cinayəti törətməkdə günahkar olduğu üçün Hamburq məhkəməsi tərəfindən günahkar bilinib və şərti cəza alıb.

Los-Ancelesdə yerləşən yəhudi insan haqları qrupu Simon Wiesenthal Mərkəzinə görə, 2001-2018-ci illər arasında ən azı 105 şəxs, nasist müharibəsi cinayətlərində iştirak etdikləri üçün Şimali Amerika və Avropadakı səlahiyyətlilər tərəfindən mühakimə olunub,yaşadıqları ölkələrdən deportasiya ediliblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki