image-85backend

2020-ci ildən sonra Polşaya mühacirət edən belarusların sayı açıqlanıb

image-reklam_sirab_01

Belarusun 23 mindən çox vətəndaşı 2020-ci ilin avqustunda Aleksandr Lukaşenkonun ölkə prezidenti seçilməsindən sonra başlayan repressiyalar səbəbindən Polşaya mühacirət edib. Bu barədə Polşa Sərhəd Mühafizəsi öz “Twitter” səhifəsində məlumat yayıb.

Söhbət 18 avqust 2020-ci ildən sonra ölkəyə daxil olan belaruslardan gedir. Onlardan 3400-dən çoxu birbaşa beynəlxalq mühafizə orqanlarına müraciət edib, 12 mini humanitar viza ilə gəlib. Daha 7600 nəfər İT mütəxəssislərinə sürətləndirilmiş prosedur əsasında Polşada yaşayış icazəsi əldə etməyə imkan verən “Poland.Business.Harbor” proqramından yararlanıb.

“Bu insanlar repressiyaya məruz qalıblar və ya müxalifətçidirlər”, – nazirliyin bəyanatında deyilir. Daha sonra Polşanı tərk edərək digər Aİ ölkələrinə gedən belarusların sayı açıqlanmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki