Dekabrın 28-də “Omicron”un yayılması səbəbindən dünyada 2,5 mindən çox reys təxirə salınıb.
Vətəninfo.az “FlightAware”ə istinadən xəbər verir ki, çərşənbə axşamı ləğv edilən uçuşların liderləri arasında iki Çin aviaşirkəti var.
Belə ki, dekabrın 28-də 2531 reys ləğv edilib, onlardan 865-i ABŞ daxilində, ABŞ-dan və ya ABŞ-a uçuşlardır.
Ləğv edilən uçuşların liderləri arasında Çinin China Eastern və Air China aviaşirkətləri var ki, onlar birlikdə ləğv edilən uçuşların üçdə birindən çoxunu təşkil edir.


























