image-turkiye-taciqistanbackend

image-reklam_sirab_01

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri tacikistanlı həmkarı ilə görüşdə bildirib ki, Ankara sərhədin mühafizəsi və terrorizmlə mübarizə məsələsində Düşənbə ilə təcrübə mübadiləsi aparmağa hazırdır.

Vətəninfo.az-ın Anadolu agentliyinə istinadən xəbərinə görə,Türkiyə və Tacikistanın müdafiə nazirləri Hulusi Akar və Şerali Mirzo Ankarada müdafiə sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar,
Qeyd olunur ki, sənədin imzalanmasından əvvəl dar tərkibdə və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. İkitərəfli və regional təhlükəsizlik və müdafiə məsələləri, müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Akar vurğulayıb ki, Türkiyə ilə Tacikistanı tarixi və mədəni bağlar, eləcə də dini icma birləşdirir.
Nazir vurğulayıb ki, Ankara sərhədin mühafizəsinin təmin edilməsi və terrorizmlə mübarizə məsələsində Tacikistanla təcrübə mübadiləsi aparmağa hazırdır.
Türkiyəli nazir iki ölkə arasında hərbi təlim sahəsində gələcək əməkdaşlığın vacibliyini də qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image