image-26backend

8 İŞİD terrorçusu Türkiyəyə gəlmək istəyirdi və saxlanıldı

image-reklam_sirab_01

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatının səkkiz üzvü saxlanılıb. Bu barədə “İhlas” xəbər agentliyi xəbər verir.

Bildirilir ki, İraq və Suriyada fəaliyyət göstərmiş terrorçular Türkiyəyə daxil olmağa cəhd ediblər. Həyata keçirilən əməliyyat nəticəsində terrorçuların bəziləri ələ keçirilib.

Saxlanılan şəxslərin evlərinə baxış zamanı bir ədəd qeydiyyatsız tapança maddi sübut kimi götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki