image-1backend

ABŞ-ın xüsusi elçisi: “Rusiya hərbçiləri təslim olmaq istəyən ukraynalıları güllələyib”

image-reklam_sirab_01

“Donbas ətrafında təslim olmaq istəyən ukraynalıların Rusiya hərbçiləri tərəfindən güllələnməsinə dair faktlar var”.

Vətəninfo.az “moldova-news”a istinadən xəbər verir ki, bunu ABŞ-ın beynəlxalq məhkəmə üzrə BMT-dəki xüsusi nümayəndəsi Bet van Şaak bildirib.

O qeyd edib ki, əlibağlı, bədənlərində işgəncə izləri olan insanların gülləmələrinə, qadın və qızlara cinsi zorakılığa məruz qalmalarına dair ABŞ-da təkzibedilməz faktlar var.

“Bütün fotolar və məlumatlar sübut edir ki, bu, ayrı-ayrı şəxslərin və bölmənin vəhşiliyinin nəticəsi deyil. Buna daha çox Rusiya hərbçilərinin sistematik cinayətləri kimi baxılır. Faktlar təsdiqlənərsə, bu, müharibənin təməl prinsiplərinin pozulması sayılacaq.

Rusiyanın hərbi və siyasi rəhbərliynin nəzərəinə sadə fikri çatdırmaq istərdim: bütün dünya sizi izləyir və sizləri cavab verməyə çağırırıq” – o, vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image