Donetsk vilayətində yerləşən ABŞ özəl hərbi şirkətləri Ukraynanın şərqində kimyəvi təxribatlar hazırlayır.
Veteninfo.az Rusiya KİV-nə istinad edərək bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edən Şoyqo “Təxribat törətmək üçün Avdiivka-Krasnı Lima şəhərlərinə naməlum kimyəvi komponentləri olan tanklar gətirilib”-deyib.
Rusiya Müdafiə nazirliyinin məlumatına görə, Ukrayna xüsusi təyinatlılarına təlim keçirən Amerika PMC-nin 120-yə yaxın nümayəndəsi regiona gəlib.