image-39backend

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olacaq

image-reklam_sirab_01

Yaxın günlərdə ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olacaq.

Vətəninfo.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli rəsmisi bildirib.

Dövlət başçıları Rusiyanın Ukrayna sərhədinə qoşun cəmləməsi və digər məsələləri də müzakirə edəcəklər.

Telefon danışığının dəqiq tarixi məlum deyil.

Qeyd edək ki, dekabrın 31-də Bakı vaxtı ilə gecə 00.30-da (Vaşinqton vaxtı ilə saat 03.30-da, Moskva vaxtı ilə saat 23.30-da) ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image