image-lukasenkobackend

Aleksandr Lukaşenkoya DİKTATOR dedi və Avropadan sığınacaq aldı

image-reklam_sirab_01

 Veteninfo.az xarici KİV-ə isitnadən xəbər verir ki, Belarusiyalı idmançı Krystsina Tsimanouskaya, Belarus Olimpiya rəsmilərini tənqid etdikdən sonra təhlükəsizliyindən qorxaraq ölkəsinə qayıtmaqdan imtina etdi. Məlumata görə, 24 yaşlı Tsimanouskaya, Belarus Olimpiya səlahiyyətlilərinin Tokio Oyunlarını erkən tərk edərək Belarusiyaya qayıtmağa məcbur etdiyini söylədikdən sonra  Tokio Haneda Hava Limanında Yapon polisinin müdaxiəsindən sonra, Belarusiyaya zorla aparılmasının qarşısı alınıb. Hava limanında baş verən qarşıdurmadan sonra, Belarus idmançısı üçün cidid təhdid olduğunu əsas gətirərək,Avropa ölkələri tez bir zamanda onun köməyinə çatıblar. Polşa idmançıya humanitar viza verib.Tsimanouskaya Belarus idman xəbər agentliyi Tribuna -ya bildirib ki, Belarus millisinin baş məşqçisi onu oyunlardan uzaqlaşdırmaq üçün təzyiqlər edib. Jurnalistlərə Belarusa dönəcəyi təqdirdə həbs olunacağından qorxduğunu söyləyən Tsimanouskaya”Düşünürəm ki, hazırda Belarusiyada mənim üçün təhlükəsiz deyil”-deyib.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki