image-42backend

Almaniya Oxçuçayla bağlı Azərbaycan və Ermənistan arasında görüş təşkil etmək istəyir

image-reklam_sirab_01

“Ötən ilin noyabrında Azərbaycanla Ermənistan arasında müharibənin başa çatmasından sonra müxtəlif məsələlər üzə çıxıb”.

Veteninfo.az  xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfang Manig Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatında haqqında geniş məlumat yayılmış Oxçuçay qismən Ermənistan, qismən də Azərbaycan ərazisindədir. Bu çayın çirkləndirilməsi Azərbaycan üçün ciddi məsələdir. Ermənistanda fəaliyyət göstərən Almaniya səfirliyi bildirib ki, bir neçə il bundan əvvəl Ermənistanda ətraf mühitin mühafizəsi ilə məşğul olan təşkilatlardan biri bu çayın olduqca çirklənməsi ilə bağlı məsələni qaldırıb. Mən Prezident İlham Əliyevin ofisi ilə əlaqə saxladım ki, Azərbaycandan olan və ətraf mühitin mühafizəsi ilə məşğul olan təşkilat həmin Ermənistanda məsələni qaldırmış təşkilatla bir araya gələrək bu məsələnin həllini müzakirə etsinlər. Çünki biz bu məsələdə maraqlıyıq. Ermənilərlə azərbaycanlılar arasında inamın olmadığı şəraitdə belə sağlam ətraf mühitin yaradılmasına və bərpasına töhfə verə bilərik”, – o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki