image-mirzoyanbackend

 Ararat Mirzoyan:Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün yeni şərtlər təklif edir.

image-reklam_sirab_01

Veteninfo.az erməni mediasına  istinadən xəbər verir ki, bunu  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmağa hazır olub-olmaması sualına cavab verərkən deyib.

“Biz hər zaman bəyan etmişik ki, Türkiyənin Artsaxa qarşı müharibə zamanı həm siyasi, həm də silah-sursat tədarükü və minlərlə xarici muzdluların yerləşdirilməsi yolu ilə Azərbaycana verdiyi böyük dəstəyə baxmayaraq, ilkin şərt olmadan münasibətlərimizi normallaşdırmağa hazırıq”, – Mirzoyan dedi.

O əlavə edib ki, dialoqun yenidən açılması üçün Türkiyədən müsbət siqnallar alınıb, lakin bu, mürəkkəb olaraq qalır. “Ankara yeni şərtlər təklif edir. Onların arasında Azərbaycanla Naxçıvanı birləşdirən “dəhliz” də var. Bu, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər. “Regionda bütün kommunikasiya vasitələri yenidən açılmalıdır”, – ER Xarici İşlər Naziri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki