image-28backend

AŞPA-nın qış sesiyasında yeni prezident seçiləcək

image-reklam_sirab_01

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-dən 28-dək planlaşdırılan qış sessiyası hibrid formatda keçiriləcək.

 

Vətəninfo.az xəbər verir ki, Strasburqdakı qış sessiyasının açılışında AŞPA-nın yeni prezidenti seçiləcək.

 

AŞPA qış sessiyasının gündəliyində insan hüquqları nöqteyi-nəzərindən miqrasiya və sığınacaq üzrə Avropa İttifaqı Paktı, demokratiyada iştirak sahəsində uşaq hüquqları, iqlim dəyişikliyi ilə bağlı fəaliyyət, Avropa Şurası ərazisində məcburi itkin düşmələr, böhran dövründə medianın rolu və Ermənistanda demokratik təsisatların funksiyaları kimi məsələlər də yer alıb.

 

Avropada cinsi azlıqlara qarşı nifrətin artmasına və Cənubi Qafqazda onların hüquqlarının pozulmasına qarşı mübarizə, futbol idarəçiliyi- biznes və dəyərlərə dair FİFA prezidenti Covanni İnfantinonun çıxışı da sessiya gündəliyində diqqət çəkən məqamlardandır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki