image-photo-2022-07-20-19-16-20-1backend

Avropa İttifaqı ilə Azərbaycan münasibətləri.

image-reklam_sirab_01

Bu gün qlobal dünyada istənilən dövlət üçün xarici siyasət davranışının düzgün qurulması onun gələcək təhlükəsizliyi və inkişafında əsas amillərdən biridir. Ələlxüsus, əgər söhbət Avrasiyanın orta xəttindən gedirsə.
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insanhüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilatanəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansıdiskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır. Avropa İttifaqının 2004-cü ildən həyatakeçirdiyi “Yeni qonşuluq siyasəti” proqramının aparıcı qollarından birini də məhz respublikamızla birgə iqtisadi layihələrin reallaşdırılması təşkil edir. Proqramın uğurla icraolunması üçün Avropa İttifaqı tərəfindən 225 milyon avro məbləğində vəsait ayrılmışdır .Azərbaycan bu proqram çərçivəsində Avropa İttifaqı ilə iqtisadi, siyasi, hüquqi vəinzibati islahatları həyata keçirmək imkanı qazanır. Ölkəmiz “Yeni qonşuluq siyasəti” proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəstdövriyyə imkanını əldə edir. Avropanın əsas istəklərindən biri Azərbaycandan alınan qazın həcminin bir qədər də artırılmasıdır ki, bu da ölkəmizin qitənin enerji təhlükəsizliyindəki roluna xüsusi qiymətin nəticəsidir. Həmçinin Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Mərkəzi Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Aİ-nin Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır.
Azərbaycan xarici siyasət konsepsiyasında soyuqqanlı və onillikləri hədəfləyən baxış bucağı ortaya qoyaraq Rusiya, Anqlosaks, Avropa İttifaqı kimi vacib və bir-birinə rəqib olan geosiyasi mərkəzlərlə balanslı və maraqların qarşılıqlı şəkildə nəzərə alınmasını ehtiva edən münasibətlər qurmağı bacardı. Əlbəttə ki, həmin geosiyasi oxlardan biri də, Avropa İttifaqıdır (Aİ), hansı ki, artıq 70 ildən çoxdur, Avrasiyada baş verən hadisələrdə özünəməxsus yerini qoruyub saxlaya bilib. Bakı özünün ən vacib siyasi – iqtisadi tərəfdaşı kimi Qoca Qitə ilə bir sıra vacib layihələr həyata keçirib və keçirməkdədir. Aİ ilə TACIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və s. kimi proqramlar icra olunub. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minib) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib. 1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil olub.
Aİ üçün Azərbaycan regionda, eləcə də “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri ilə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. İkincisi, Azərbaycan tranzit mövqeyinə görə Aİ-nin Şərq-Qərb nəqliyyat dəhlizi konsepsiyasının əsas ölkələrindən biridir. Üçüncüsü isə, müstəqil və suveren siyasət aparan Azərbaycan strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşir.
İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü Memorandum tərəflər arasında imzalanmış birinci sənəd deyil. 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalanıb Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir. Memorandum gələcək üçün bir növ yol xəritəsidir.
Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faiz təşkil edərək bu ölkənin əsas ticari tərəfdaşıdır. Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. İqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirilir.Avropa İttifaqı ilə münasibətlər vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarna uyğun olsun. Belə ki, Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir. Bu səbəblərdən dolayı Aİ ilə Azərbaycan arasında yaranan münasibətlər uğurlu gələcəydən xəbər verir.

Azərbaycan Dillər Universiteti
Röya Cəfərli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki