image-25aa93d2-1750-3a07-b2ea-145eedcaec21_850backend

Avropa İttifaqı Rusiyaya qarşı beşinci sanskiya paketini təsdiqləyib

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) aprelin 8-də Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı beşinci sanksiya paketini qəbul edib.

Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı açıqlama yayıb.

Məlumata görə, sanksiya Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək.

Bildirilib ki, paketdə Rusiyanın daş kömür ixracına, Rusiya bayrağı altında üzən gəmilərin Avropa İttifaqı limanlarına daxil olmasına, Rusiya və Belarus avtonəqliyyat şirkətlərinə, 4 aparıcı bankın tranzaksiya əməliyyatına qadağa qoyulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image