image-48b39f79-7a32-4773-8d8f-3b0f42fdb02cbackend

Avropa Parlamentinin rəhbəri vəfat etdi

image-reklam_sirab_01

Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib.

Veteninfo.az xarici mediaya istinadla xəbər verir ki, o, İtaliyada 66 yaşında dünyasını dəyişib.

Onun ölümünə immun sistemi pozğunluğu səbəb olduğu bildirilib.

Sassolinin mətbuat katibi Roberto Kuilyo Avropa Parlamentinin prezidentinin İtaliyanın Aviano şəhərində, yerləşdirildiyi Onkologiya Mərkəzində yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15-də-red) vəfat etdiyini bildirib.

Kuilyo bazar ertəsi Sassolinin immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirildiyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki