Azərbaycanla Türkmənistan arasında münasibətlər son illər xeyli inkişaf edib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı, eləcə də Türkmənistan Prezidentinin altı dəfə Azərbaycana səfəri bütün bunların sübutudur.
Azərbaycan Qarabağ münaqişəsindən sonra Xəzərdə yataq münaqişəsini də həll etməyi bacardı. Bu dəfə dostluq və qardaşlıq qalib gəldi. Bununla da yatağın neft-qaz ehtiyyatları 100 milyon ton həcmində qiymətləndirilir. Mütəxəssislərin hesablamalarına görə, həmin ehtiyatların ən azı 50 milyon tonu hasil edilə bilər ki, bu da bugünkü qiymətlərlə 35-40 milyard dollar gəlir deməkdir.
Azərbaycanın neft-qaz strategiyasının inkişafında mühüm əhəmiyyətə malikdir. Çünki söhbət kifayət qədər böyük ehtiyatlara malik yataqlardan gedir. Nəticədə Azərbaycan hələ uzun müddət Xəzərin iri karbohidrogen hasilatçılarından biri kimi öz mühüm geosiyasi mövqeyini qoruyub saxlamaq imkanı əldə edəcəkdir. Digər tərəfdən yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaqdır. Bu da neft və qaz ixrazatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini də artıracaqdır. Xatırladım ki, keçən ilin sonlarında TAP layihəsinin tamamlanması ilə Azərbaycan Xəzər dənizinin enerji ehtiyatlarını Avropa birliyi ölkələri üçün tam əlçatan etdi. Sözsüz ki, bu, Prezident İlham Əliyevin gərgin səyi və siyasi nüfuzu hesabına əldə edilmişdir.
İki ölkə arasında Xəzərin dibindən keçən yüksək həcmli informasiya ötürmək qabiliyyətinə malik olan optik kabelin çəkilməsi layihəsi də mövcuddur. Bu layihə Azərbaycan üçün XXI əsrin əsas məhsulu olan informasiya tranzitindən mühüm gəlir əldə etmək imkanı yaradacaqdır. Çünki gələcək birbaşa informasiya əsridir. Sözsüz ki, bu da ölkəmiz üçün mühüm gəlir əldə etmək imkanları yaradacaqdır.
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Səfər günlərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
Rəsmi gürüşlərdən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, “Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub”.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının bildirdiyi kimi: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Prezidentlərin görüşü zamanı nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Qeyd edildi ki, “ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Vurğulanıb ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Bununla əlaqədar hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədirlər.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


























