image-modern-az-06-08-2021-1628231291backend

Azərbaycan və Ermənistan sülh müqaviləsinə hazırlaşır.

image-reklam_sirab_01

“Azərbaycan və Ermənistan son nəticədə sülh müqaviləsinə gətirib çıxaracaq sənədləri qəbul etməyə hazırlaşır”.

Veteninfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Viqen Akopyan açıqlama verib. Onun sözlərinə görə, erməni cəmiyyəti danışıqlar prosesi ilə bağlı çox məqamı Azərbaycan prezidentinin sözlərindən xəbər tutur.

 

“İlham Əliyev bəzən danışıqların detallarını açıqlayır. Keçmişdə də çox şeyləri onun sözlərindən öyrənmişik. Bəzi məlumatlar isə Azərbaycan, yaxud üçüncü ölkə mənbələri ilə yanaşı, müxalifət tərəfindən də açıqlanır. Yerevan informasiyanı gizli saxlamağa üstünlük versə də, həmişə fakt qarşısında qalır”, – deyə politoloq söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki