image-26backend

Azərbaycan vətəndaşı Gürcüstana külli miqdarda rus rublu keçirməyə cəhd edib

image-reklam_sirab_01

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük məntəqəsində bəyan edilməmiş külli miqdarda pul aşkarlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən ətraflı baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 21 milyon 680 min məbləğində rus rublu aşkarlanıb.

Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə əsasən, qeyd olunan məbləğ 915 633 lari təşkil edir.

Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, qanunu pozan Azərbaycan vətəndaşına qarşı sanksiya kimi bəyan edilməmiş pulun müsadirəsi tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image