image-75c25c75-6690-35c1-bc55-95793a366ffa_850backend

“Bakı və İrəvana yardım göstərməyə hazırıq” – Delimitasiya və demarkasiya məsələsi

image-reklam_sirab_01

“Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır”.

Veteninfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəs tərəflərin maraqlarını nəzərə almalıdır:

“Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan-Ermənistan münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarından çıxış etməli olduğuna və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatı nəzərə almalı olduğuna tərəfdar çıxış edir”.

Həmçinin Lavrov Azərbaycan və Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın mümkün qədər tez formalaşdırılması və fəaliyyətə başlamasında, Bakı və İrəvana konsultativ yardım göstərməyə hazır olduqlarını bəyan edib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image