image-22backend

Bakıdan “Kayrat” komandasını aparan təyyarə qəzaya uğradı

image-reklam_sirab_01
Qazaxıstanın “Kayrat” komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.
Veteninfo.az sports.ru-ya istinadən xəbər verir ki, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. “FlyJet” aviaşirkətinə məxsus təyyarə “Renault” avtomobili ilə toqquşub.
Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, oktyabrın 21-də “Kayrat” Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında “Qarabağ”ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki