“Gürcüstanın NATO-ya üzvlüyü üçün artıq bütün praktiki alətləri var”.
Vətəninfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Alyansa üzvlük Gürcüstanın xarici və təhlükəsizlik siyasəti üçün həlledici məsələdir.
İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanın NATO-ya daxil olması haqqında siyasi qərarın hazırlanması üçün müttəfiqlərlə fəal dialoq aparılır.
Y.Stoltenberq öz növbəsində deyib ki, Alyans Gürcüstana güclü siyasi və praktiki kömək göstərməyə davam edəcək: “Gürcüstan və Ukraynanın müttəfiq seçmək hüququ var. Rusiya bu iki ölkənin seçiminə təsir etmək hüququna malik deyil. NATO Gürcüstanın dəniz istiqamətində müdafiə qabiliyyəti və təhlükəsizliyini gücləndirməyə hazırdır”.