image-baydenbackend

Bayden: Kabildə 6000 ABŞ əsgəri vardır 

image-reklam_sirab_01

ABŞ Prezidenti  Co Bayden, Əfqanıstan hava limanında Bazar ertəsi günündən bəri irəliləyiş olduğunu, bu irəliləyişi qoruduqlarını bildirib.

 

Veteninfo.az RİA Novostiyə isitnadən xəbər verir ki, ABŞ prezidenti  yayımladığı açıqlamada bildirib ki, bazar ertəsi günü jurnalistlərlə danışdığından bəri əhəmiyyətli irəliləyiş əldə edilib.“ Uçuşların bərpasına imkan verən hava limanını təmin etdik”-deyən  Bayden müraciət zamanı Əfqanıstanın paytaxtı Kabildə hava limanında təxminən 6000 ABŞ əsgərinin olduğunu söyləyib. Amerika prezidenti bəyan edib ki, xarici işçilərin və xarici missiyalarda çalışan əfqanların təxliyəsi Kabildəki yeganə hava limanı vasitəsi ilə həyata keçirilir.”Hazırda uçuş yerində uçuş zolağında təhlükəsizliyi təmin edən 82 -ci Diviziya da daxil olmaqla təxminən 6000 əsgərimiz var”.  Qeyd edək ki, Əfqanıstanda vəziyyət son həftələrdə, Taliban yaraqlılarının ölkə daxilində sürətli hücuma keçməsi və bütün sərhəd keçidlərini işğal etməsi və 15 avqustda Kabilə girərək prezident sarayını nəzarətə götürməsi ilə xüsusilə kəskinləşdi. Əfqanıstan Prezidenti Əşrəf Qani “qırğının qarşısını almaq” üçün ölkəni tərk etdi. Avqustun 16 -na keçən gecə, Taliban siyasi bürosunun nümayəndəsi Məhəmməd Naim, Əfqanıstanda müharibənin bitdiyini və əyalətdəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını söylədi.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki