image-bayraktarbackend

“Bayraktar Savunma” Ukrayna “Bayraktar”ları üçün təlim mərkəzi tikəcək-MEMORANDUM İMZALANDI

image-reklam_sirab_01

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Bayraktar Savunma” şirkəti, Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin şəxsi heyətinin hazırlanması üçün Kiyevin Vasilkov bölgəsində bir təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.

 

Veteninfo.az Ukrayna KİV-nə isitnadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelinskinin yaydığı bəyənatnda deyilir.

 

“Bu əsl irəliləyişdir. Prezident Ərdoğana minnətdaram. “Bu, Ukraynanın suverenliyi və müstəqilliyinə əsl dəstəkdir”, – Ukrayna prezidentinin cümə günü yaydığı bəyanatda deyilir.

 

Sənədə əsasən, “Bayraktar Savunma” Ukraynanın Müdafiə Nazirliyinə məxsus ərazidə xidmət mərkəzi tikəcək, şirkətin pilotsuz uçan aparatlarını modernləşdirəcək.

 

Mərkəz dronlarla işləyən kadrları hazırlayacaq.

 

Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, növbəti mərhələ pilotsuz uçuş aparatlarının Ukrayna-Türkiyə birgə istehsalının təşkili olacaq.

 

Prezident Aparatından verilən məlumata görə, Bayraktar Savunma Ukraynada ukraynalı mütəxəssislərin çalışacağı bir pilotsuz təyyarə istehsalı zavodunun inşasına sərmayə qoymağı planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki