Rusiya hərbi texnikasının böyük karvanının Belarusdan bu ölkəyə hərəkət etdiyi qeydə alınıb.
Veteninfo.az xəbər verir ki, məlumatı UNIAN yayıb.
Bildirilib ki, aprelin 4-də səhər saatlarında Belarusun Borisov şəhərində Rusiyaya məxsus yüzdən artıq hərbi texnika karvanı qeyd alınıb. Məlumata görə, karvan Minskdən M1 trası ilə Smolensk (Moskva) istiqamətində hərəkət edib. Bildirilib ki, karvanda “Ural”, “KamAz”, “UAZ Patriot”, “KUNQ”, yanacaq daşıyan avtomobillər və PAZ avtobusları olub.
Vurğulanıb ki, aprelin 3-də Rusiya hərbi texnikasının Belarusun Qomel vilayətinə doğru çəkildiyi barədə məlumat yayılıb.