image-65backend

Belçika səfiri: “Minalar Qarabağın bərpasına mane olur”

image-reklam_sirab_01

“Bərpa üçün maneələrdən biri minaların və digər partlamamış hərbi sursatların olmasıdır”.

Bunu “Report”a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans deyib.

Diplomat bildirib ki, bu silah növündən ən çox insanlar əziyyət çəkirlər: “Onlar münaqişənin bitməsindən sonra yaralanmaq və ya ölmək riski altında olurlar. 2006-2009-cu illərdə Ottava Konvensiyasının iclaslarının iştirakçısı olaraq dünyanın müxtəlif yerlərində bu silahların qurbanı olan insanlarla görüşmüşdüm. Ümid edirəm ki, bu silah artıq istifadə olunmayacaq, o, görünməzdir və güclü yağış və ya digər təbii hadisələr nəticəsində hərəkət edə bilər. Nəticədə onların əslində harada olduğunu bilmək çox çətindir”.

Səfirin sözlərinə görə, Belçika minalardan təmizlənmə aksiyalarının qəti tərəfdarıdır: “1996-cı ildə piyada əleyhinə minaları qadağan edən ilk ölkə olaraq Belçika bu silahların qadağan edilməsi uğrunda mübarizədə novator rolu oynayıb və 1997-ci ildə Piyada Əleyhinə Mina Qadağası Konvensiyasının qəbul edilməsinə əhəmiyyətli töhfə verib”.

Qarabağın bərpası prosesində Belçika şirkətlərinin mümkün iştirakı barədə danışarkən M.Pitermans indi bir sıra Belçika şirkətlərindən müsbət siqnallar aldıqlarını vurğulayıb: “Məlumat əsas elementdir. Belçika şirkətləri ehtiyacları bildikdə, şübhəsiz ki, maraqlanacaqlar”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki