image-1backend

Beyninə çip taxılan şəxsin fikirləri oxundu

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatlarında beyninə çip taxılan şəxsin fikirləri 25 dəqiqə oxunub.

Vətəninfo.az xəbər verir ki, “Wall Street Journal”da (WSJ) qəzetində dərc olunan yazıya görə, parkinson xəstəsi olan 71 yaşlı Cefri Kiferin (Jeffrey Keefer) xəstəliklə bağlı keçirdiyi əməliyyat zamanı əvvəlcədən icazəsi əsasında beyninə çip yerləşdirilib.

“Precision Neuroscience” tərəfindən hazırlanmış “Layer 7 Cortical İnterface” implantının üzərindəki elektrodlar Kiferin beyninə birləşdirilib. İmplantdakı çiplər beyindən göndərilən siqnalları toplayarkən, simsiz əlaqə vasitəsilə süni intellekt dəstəkli proqrama göndərilib. İmplanta qoşulmuş kabel həm də batareya və antena rolunu oynayan Kiferin sinəsindəki cihaza qoşulub.

Cefri Kiferin əlləri ilə etdiyi bəzi hərəkətlər monitorlardan ölçülən beyin siqnalları ilə uyğunlaşdırılıb. Sonra xəstədən əllərini tərpətmədən əvvəlki hərəkətləri etmək barədə düşünməsi istənilib. Kifer hərəkətlər etməyi düşünərkən onun beyin siqnallarının real vaxtda qeyd oluna və hərəkətlərlə uyğunlaşa bildiyi müşahidə edilib.

“Precision Neuroscience”in yaradıcılarından biri olan Benjamin Rapoport sözügedən mövzu ilə bağlı deyib: “Axtardığımız şey bu idi. Artıq beynin hərəkətə çevrilə bilməyən bir düşüncə olduqda nə deməyə çalışdığını öyrənə bilərik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki