image-1backend

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanımağa  hazırlaşır  

image-reklam_sirab_01

Böyük Britaniya parlamentinin İcmalar Palatasının 137 deputatı hökumətdən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını tələb edib. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə parlamentarilər “The Times” qəzetində dərc olunmuş açıq məktubda yazıblar.

“İslam İnqilabı Keşikçiləri Korpusu hazırda Böyük Britaniya üçün ən böyük təhlükədir. Onun bir sıra əməlləri ictimaiyyətə açıqlanıb və ölkəmizdə kifayət qədər narahatlıq doğurub. Bu fəaliyyətlərə MI5 tərəfindən aşkar edilən və qarşısı alınan sui-qəsd planları, Britaniyada yerləşən cinayət şəbəkələri tərəfindən britaniyalı yəhudilərə dair kəşfiyyat məlumatlarının toplanması, jurnalistlərin, o cümlədən iranlı jurnalistlərin qorxudulması və məktubda yazılmış İslam mərkəzlərində radikallaşmanın təbliği daxildir.

SEPAH İranın ordu, polis, jandarm və dövlət təhlükəsizliyi orqanlarının funksiyalarını yerinə yetirən hərbi-siyasi elit birliyidir. Rəsmi olaraq İran Silahlı Qüvvələrinin bir hissəsidir.

Aprelin 13-nə keçən gecə və aprelin 14-ü səhər saatlarında İran Dəməşqdəki konsulluğuna hücumda ittiham etdiyi İsrailə 300-ə yaxın pilotsuz təyyarə və raket zərbəsi endirib. Həmin hücum nəticəsində yüksək rütbəli iranlı generallar da daxil olmaqla 13 nəfər həlak olub.

İsrail Müdafiə Qüvvələri yəhudi dövləti istiqamətində uçan 300-ə yaxın İran raketinin 99%-ni ələ keçirdiklərini, Nevatim hava bazasına cüzi ziyan dəydiyini bildirib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image