image-19backend

Britni Spirs ABŞ-ı tərk etmək istədiyini, onu sevmədiyini yazdı

image-reklam_sirab_01
Amerikalı pop müğənni Britni Spirs İnstaqram səhifəsində Milad bayramını oktyabr ayında qeyd etdiyini və ABŞ-ı tərk etmək istədiyini bildirib.
Veteninfo.az xəbər verir ki, Spirs Amerika sistemini sevmədiyini və başqa bir ölkədə yaşamaq istədiyini bildirib. Müğənni qəzəblənərək yazıb: “Elə bir şey etməmişdim ki, son 13 ildə olduğu kimi mənimlə rəftar etsinlər”.
Sentyabrın 30-da ABŞ məhkəməsi atası Ceymi Spirsin Britni üzərindəki nəzarətini dayandırıb. Eyni zamanda, hakim ulduza müvəqqəti bir vəkil təyin etmək qərarına gəlib. Növbəti qəyyumluq iclası noyabrın 12-də keçiriləcək.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki