Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində baxılacaq iş siyasətçinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlıdır.
İclas saat 12:00-da başlayacaq.
M.Saakaşvili ötən gün yaydığı məktubda sağlamlıq durumu səbəbindən prosesdə iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, sabiq dövlət başçısı bu il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.