Bu gün Azərbaycanın “Sabah” klubu futbol üzrə Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirəcək.
Valdas Dambrauskasın komandası səfərdə Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq. Oyun saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu avqustun 14-də baş tutacaq.
Bu gün Azərbaycanın “Araz-Naxçıvan” klubu futbol üzrə Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirəcək.
Elmar Baxşıyevin komandası evdə Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq. Oyun 20:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu avqustun 14-də baş tutacaq.